Goranboy rayonunda iki yük qatarı toqquşub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əziməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, dekabrın 27-si saat 03.15-də Mingəçevir-Goran mənzilinin 227-ci kilometrində yük qatarı saatda 22 klometr sürətlə hərəkət edərkən qarşıdakı yük qatarının arxa hissəsi ilə toqquşub. Hadisə nəticəsində 4 vaqonun müxtəlif təkər cütləri relsdən çıxıb. Qəza zamanı xəsarət alan olmayıb. Yük itkisinə yol verilməyib, eyni zamanda lokomotivə və yola ziyan dəyməyib.
Hadisənin nəticələri “Fövqəladə Hallar Qatarı” MMC-nin Yevlax bölməsinin köməkliyi ilə aradan qaldırılıb.
Hazırda dəmir yolunda hərəkət bərpa olunub, Bakı-Tbilisi, Bakı-Ağstafa sərnişin qatarları təyinatı üzrə yola salınıb. Tbilisi-Bakı sərnişin qatarı isə hazırda gecikmə ilə Bakıya gəlir.
Milli.Az