Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Mixail Saakaşvili: “İlham Əliyevdən çox şey öyrənirəm”

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin ANS telekanalına müsahibəsi.

- Hörmətli cənab prezident, sizin siyasi arenada ilk görüşünüz İlham Əliyevlə oldu. İlk təəssüratlarınız necə idi?

- Əlbəttə. Bu, mənim üçün xüsusi görüş idi. Mən yenicə prezident olmuşdum. Azərbaycanla aydın psixoloji münasibətlər olduqca mühüm idi və əgər dövlət miqyasında yanaşsaq, mən əlbəttə görüşə hazırlaşırdım, həyəcanlanırdım. Lakin görüş möhtəşəm oldu, çünki o, adi siyasi xadim deyildi. Mən İlham Əliyevlə birinci dəfə görüşəndə, o, yenicə Azərbaycan prezidenti olmuşdu və mən onda heç bir süni qürur görmədim.
O mənə insanın sadəcə dost olmaq istədiyi normal və xoşagələn bir şəxs təsiri bağışladı. Əlbəttə, hər şey uyğun gəldiyi bir şəraitdə, yəni ortada gərginlik olmadığı və hər şeyin təbii olduğu halda, kim olur olsun, biz münasibətləri yoluna qoymağa çalışacaqdıq. Bu görüş bizim üçün min şansdan biri idi ki, bu da baş tutdu.

- Bildiyimizə görə, ilk görüşdən sonra münasibətlər daha da yaxşılaşdı, sizin onunla görüşlərinizin sayı artdı. Və siz onun şəxsi keyfiyyətlərini öyrəndiniz. Rəğbət bəslədiyiniz hansı şəxsi keyfiyyətləri onda aşkar etdiniz?

- İlham Əliyev olduqca etibarlı insandır. Bizim siyasi peşəmizdə xeyli süni riyakarlıqlar olur, ümumiyyətlə bəzən adamı tanımaq, ona etibar edib-etməməyi anlamaq çətin olur, hansısa imicin arxasında nəyin gizləndiyini çox vaxt müəyyən etmək çətin olur. Bax İlham Əliyev siyasətçi olmaqla yanaşı, olduqca çox, hətta min dəfə çox insan adamdır. O, sadəcə yaxşı adamdır və siyasətdə yaxşı insan olaraq qalmaq olduqca çətindir. O, bu gün dediyini, 3 ay, bir il sonra unudan insanlardan deyil. Bütün bu illər ərzində İlham Əliyev barəsində bir söz deyə bilərəm - o, sadəcə xoş niyyət və əmələ sahib etibarlı insandır. Onun adəti sadəcə bəyanat vermək deyil, həm də əməl etməkdir. Mən, həmçinin qeyd etmək istəyirəm ki, onun dostluğu və münasibəti böyük forum və bəyannamələrdə deyil, ən çətin anlarda, başqalarına aydın olmayan, bu günə qədər çoxlarına məxfi qalan vəziyyətlərdə sınaqdan çıxıb. Bax bu əlbəttə ki, xüsusi keyfiyyətdir.

Kiminsə mənə daim nəyinsə qarşılığında deyil, xasiyyət və tərbiyəsindən irəli gələn yaxşılıq etməsi üçün həm yaşım, həm də siyasi təcrübəm az idi. Görünür, İlham Əliyev məhz bü cür tərbiyə alıb: yaxşılıq etmək, dost axtarmaq, nəyəsə görə deyil, gərəkli etibarlı dost olmaq.

- Siz tez-tez çətin siyasi vəziyyətlərə düşdüyünüzü söylədiniz. Bəs o belə vəziyyətlərdən necə çıxır?

- Birincisi, siz yaxşı başa düşürsünüz ki, o tamamilə sakit insandır, ətrafındakılarla ölçülü və sakit davranır. Burada böyük ləyaqət hissi var, onu yaratmaq olmur, bu ya var, ya da yoxdur. Və sadəcə dərk etmək lazımdır ki, biz də bunu lazımi səviyyədə qəbul edirik. Gürcüstanın Azərbaycanla cox isti münasibətləri var və biz qonşu dövlət olduğumuz üçün bu heç də təəccüblü deyil. Bu regionda heç nədən nəsə baş verməməldir. Konkret adlarını çəkmək istəmədiyim bir çox ölkələrə baxsaq görərik ki, onların guya qonşu olduqları ölkələrlə ümumi maraqları var və qarşılıqlı münasibətlər dövründə bir çox şeylərə nail ola bilərlər. Lakin əslində isə bu ölkələrin liderləri şəxsi ambisiyaları səbəbindən münasibətləri heç cürə yoluna qoya bilmirlər. Belə hallar kifayət qədərdir. Bu birbaşa düşmən münasibətlərdir. Məhz bu səbəbdən mən təkcə sizə yox, hamıya deyirəm: bizim Azərbaycanla yaxşı münasibətlərimiz regionumuz üçün qeyri-adi deyil. Hazırki münasibətlər olmasaydı, əvvəl Heydər Əliyev, ardınca isə bu münasibətlərə əsaslı şəkildə inanan və buna köklənən İlham Əliyev olmasaydı, hər şey başqa cür də ola bilər. Və o, heç bir addım belə olsun geri atmaq niyyətində deyil, çünki bu onda dərin yataq salıb. Bu yataq bir çox dünya siyasətçilərində yoxdur. Mən bunu xüsusi istedad hesab edirəm, bu doğulandan olan bir istedad deyil, bu inkişaf edən, tərbiyədən, valideynlərinin əsasını qoyduğu daxili dəyərlərdən, sənin doğulduğun və necə böyüdüyün, hansı məqsədlərin olduğu bir mühitdən irəli gələn şeydir. Və mən hesab edirəm ki, bu mənadə bizim bəxtimiz gətirib.

- Siz onun insani keyfiyyətlərindən danışdınız. O, öz növbəsində həm də bir siyasətçidir. İlham Əliyev barəsində məhz siyasətçi kimi əlavə etmək istədiyiniz hər hansı bir fərq varmı?

- Mən deyərdim o məni ruhlandırır. Mən ondan ibrət götürürəm. Siz onun dəstəklənməsinə, xalqın onu sevməsinə və ehtiram göstərməsinə adət etmisiniz. Lakin digər tərəfdən mən beynəlxalq arenada İlham Əliyevə, Azərbaycana və ümumilikdə bizim regiona qarşı göstərilən çoxlu ədalətsizliklərin şahidi olmuşam. Lakin mən həmişə onun bütün bunlara necə sakit və soyuqqanlı şəkildə tab gətirdiyinə məəttəl qalmışam. Və bu cür daxili əminliklə hər şey gözəl olacaq. Və yeri gəlmişkən bu belə də oldu. Məsələn, elə Azərbaycanın bu illər ərzində beynəlxalq arenada mövqelərinin necə yaxşılaşdığını götürək. Əgər səbr, təmkin, gələcəyə və öz düzlüyünə inam olmasaydı, o zaman səhv buraxmaq olardı. Bax belə sakit və strateji təmkinliliklə o bir çox şeyləri yaxşıya doğru çevirə bilər, çevirəcək də. Və bu mənada İlham Əliyev bir çoxlarının gözündə çoxlu vədlər verən yaxşı siyasətçi obrazından beynəlxalq miqyasda hamının hörmət etdiyi dövlət xadiminə çevrildi. Bu çox vacib amildir. Səni hamının sevməsi deyil, onların sənə hörmət və ehtiramla yanaşmaları vacibdir. Və dəqiq deyə bilərm ki, Azərbaycan lideri artıq bunu qazanıb.

- Siz sevməmək barədə çox maraqlı mövzuya toxundunuz? Sizcə onu nəyə görə sevməyə bilərlər?

- Düşünürəm ki, bizim regionda Azərbaycan prezidenti də daxil olmaqla sevilməməyin əsas səbəbi, sənin ciddi cəhdlə ölkənin və xalqının maraqlarını müdafiə etdiyin təqdirdə baş verə bilər. Və təbii ki, elə insanlar var ki, bizim necə sadəcə bir müstəqil ölkə deyil, uğurlu və çəkiyə malik müstəqil dövlət kimi mövcüd olmağımızı başa düşə bilmirlər. Bu mənada İlham Əliyev heç vaxt heç bir güzəştə getməyib. Mən bu ideyanın özü ilə mübarizə aparan ölkə liderləri görmüşəm. Yəni onlar müstəqil bir ölkənin lideri olmaq kimi məsuliyyətli bir işin real olması ideyasını qəbul etməkdə çətinlik çəkiblər.

Görünür, bu, İlhama atasından keçib: o bir an da olsun bu məsələdə şübhə etməyib. Azərbaycan gənc, lakin çox mühüm dövlətdir. Bunu dərk etmək bir çoxlarında hələ də inkişaf etməyib. Lakin Azərbaycan liderinə heç kimin inamı itməyib. Sən əgər haqlı olduğunu dəqiq bilirsənsə, öz mövqeyini xalqından ayrmaq niyyətində deyilsənsə, təbii ki, bu əks təsir yaradacaq və əlbəttə ki, buna görə səni hamı sevə bilməz. Lakin bu istənilən halda, hətta qeyri-səmimi ünsrlərdə belə hörmət yaradacaq.

- Siz müstəqil Gürcüstanın rəhbərisiniz. Siz necə hesab edirsiniz, zənninizcə Azərbaycan müstəqil dövlətdir, yoxsa hələ müstəqillik yolundadır?

- Azərbaycan təkcə müstəqil dövlət deyil, həm də regionda olduqca mühüm oyunçudur. Heç kim bu ölkə barədə etinasız danışa bilməz və bu son bir neçə ildə baş verib. Mən bunun öhdəsindən gəlməyin necə çətin olduğunu bilirəm, təkcə lobbiləşdirilmiş qüvvələr olduğuna görə yox, sadəcə xurafat və bəndlər mövcud idi, yeni anlaşılmaz ölkələrin olması kimə lazımdır? Dünya xəritəsində təsdiq olunmaq olduqca çətindir. Lakin mən düşünürəm ki, məhz bu illər ərzində bu baş verdi və əgər bu dəyişilməz mahiyyət alırsa, o zaman biz mütləq bütün problemlərimizi həll edəcək, çiçəklənən birləşmiş regionda varlığımızı təsdiq edəcəyik.

- Cənab prezident, bu gün Gürcüstan və Azərbaycan müstəqildir. Bildiyiniz kimi, biz bu gün inkişafımızın hazırki mərhələsində bu iki ölkəni müstəqil hesab edirik. Zəhmət olmasa deyərdiniz, prezidentin bu müstəqillikdə rolu nədən ibarətdir?

- İstənilən halda prezidentin rolu olduqca mühümdür, çünki hər şey şəxsi keyfiyyətlərdən, həmin şəxsin qərarından, iradəsindən, məqsədyönlülüyündən, ölkəsinə olan sevgisindən asılıdır. Ölkəni özündən yüksəkdə tutmaq bir istedaddır. Təbii olan bu keyfiyyətlər olduqca inadcıl mübarizələrdə formalaşır. Və bu mənada bir çox şeylər var ki, xalqlarımızın taleyini eyniləşdirir. Mən İlham Əliyevdən çox şey öyrənirəm və çətin anlarımda ani olaraq onu, onunla söhbətlərimizi, həmrəy fikirlərimizi xatırlayıram və bu məni ruhlandırır, isidir, şəxsi qərarlarımda mənə çox kömək edir.

- Çox işlər görülüb. Qarşıda daha hansı işlər var?

- Düşünürəm ki, biz öz ölkələrimizi daha uğurlu etməliyik, biz Qafqazın problemlərini elə həll etməliyik ki, o vahid bir region olsun, burada xalqlar bir-birinə, öz qanuni maraqlarına hörmətlə yanaşsın və zorakılıq olmasın. Mən düşünürəm ki, biz buna da nail olacağıq. Əlbəttə, bu mürəkkəb prosesdir və mənə elə gəlir ki, biz – Gürcüstan və Azərbaycan bütün əngəllərə baxmayaraq, iradəli, əl-ələ tutub irəliyə addımlayan və bir-birini unutmayan ölkələr kimi digərlərinə gözəl nümunə oluruq. Bu birlik münasibətləri isidir və tədricən buna öyrəşirsən, bu olduqca zövqlüdür.

- Hazırda Rusiyada “Qafqaz simalı şəxslər”ə qarşı fırtına yenidən baş qaldırır… Və bu olduqca böyük siyasi qarışıqlıq yaradır. Niyə bunlar baş verir? Bunu kim törədir? Arxasında kimlər durur?

- Düşünürəm ki, illüziyalar olmamalıdır. 2008-ci ildə baş verən müharibə hələ də bitməyib, o təcrid mahiyyəti daşıyırdı. Bu, 2006-cı ildə gürcülər və digər qafqazlıların Rusiyanın müxtəlif regionlarından çıxarılmasının davamı idi. Biz 2008-ci ildə baş verənləri çox yaxşı gördük, indi baş verənlər zəncirin bir həlqəsidir. Zəncir isə dəqiq düzəldilib. Əslində cin öz lampasından buraxılıb və o getdikcə dəhşətli bir hal alır, buna stimul vermək çox asandır. Amma bu başlayandan sonra köhnə vəziyyəti bərpa etmək mümkünsüzdür. Prinsip etibarı ilə, qafqazlılara dəqiq şəkildə qapının yeri göstərilib. Amma başa düşmək lazımdır ki, qapı hələ dalan deyil. Biz istərdik ki, Qafqazda sülh olsun. Biz Şimali Qafqaz xalqlarına qarşı olduqca açıq münasibətdəyik. Bütün bunlara məruz qalan Şimali Qafqaz xalqları olduqca istedadlıdırlar, ən yaxşı paya layiqdirlər. Və biz çox istərdik ki, onların taleyi öz əllərində olsun. Bu hamı üçün, o cümlədən Rusiya üçün yaxşı olardı. Lakin təəssüf ki, hansısa qısamüddətli duyğular səbəbindən bir çox şeylər qurban gedir və bu şeylər Qafqazda uzun müddət qalır. Bu barədə mən hələ 2008-ci ildə xəbərdarlıq etmişdim, təəssüf ki, o zaman bizə qulaq asan olmadı.

Düşünürəm ki, hamı vəziyyətdən çıxış yolu tapmalıdır. Çıxış yolu konkret və mürrəkbdir. Hamı birgə yaşamağı, sərhədlərə, bir-birinin tarix və mədəniyyətinə hörmət etməyi öyrənməli və özünü digərlərindən üstün tutmamalıdır. Bu halda hər şey yaxşı olar. Lakin hər zaman ayrı-seçkilik salınarsa, xalqlar arasında fərq qoyularsa, düşünürəm ki, bu heç də yaxşı nəticələnməz.

- Qarabağ məsələsi yenə də dalana dirənib. Danışıqlar prosesi uzadılır və əməli olaraq heç bir qərar yoxdur. Sizin bu məsələ ilə baxışlarınız necədir?

- Mənim bu barədə baxışlarım hələ BMT-də çıxış etdiyim zaman formalaşıb. Bu, xalqların qarşılıqlı hörmətinə əsaslanan, sülh şəraitində yaşayan birləşmiş Qafqaz ideyasıdır və mən hesab edirəm ki, ölkələrimizin heç birinin ayrıca yolu yoxdur. Biz bu məsələləri bir-birimizlə həll etməliyik, ayrı-ayrılıqda problemlərimiz olacaq. Düşünürəm ki, biz ikitərəfli əməkdaşlığımıza əminik, biz bir-birimizi dəstəklədikdə, bir-birimizin yanında olduqda, bizi ayırmaq, yox etmək qeyri-mümkün olacaq. Digər tərəfdən, biz bir-birimizlə münaqişəyə başlayan kimi, asanlıqla böyük oyunçuların qurbana çevrilirik. Bu səbəbdən sağ qalmaq, Qafqazda sülhü bərqərar etmək və bütün bunların qarşılıqlı hörmətə əsaslanması bizim üçün mühüm məsələdir. Allah eləməsin ki, ziddiyyətli qərarlarımızla hegemon qüvvələrin bizi idarə etməsinə əsas verək. Bu, heç kimin marağında deyil. Biz başqalarına fikir vermədən özümüzdə cəsarət tapıb bu məsələləri həll etməliyik.

Milli.Az






27 Dekabr, 2010  17:25 Baxılıb: 3126 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16