Fransanın «Le Monde» qəzeti Amerika diplomatiyasına aid gizli sənədləri dərc etməklə ciddi qalmaqala səbəb olmuş WikiLeaks saynın sahibi Culian Assancı «ilin adamı» elan edib.
Milli.Az xəbər portaoının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qalibi qəzetin oxucuları onun saytında yerləşdirilmiş sorğu vasitəsilə müəyyənləşdirib.
Səslərin 56%-ni məhz Assanc yığıb. İkinci yeri bu il Nobel sülh mükafatını almış çinli dissident Lyu Syvobo, üçüncü pilləni isə Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberq tutub.