Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Nazir: “Azərbaycan Akademik Milli Dram Teatrında islahatlar davam etdiriləcək”

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev

“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında islahatlar zəngin ənənə və tarixə söykənərək, mədəniyyət ocağının işinin səviyyəsini müasir tələblərə uyğunlaşdırmağa yönəldilib”.

Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib. “Dekabrın 30-dan bütün kollektiv tutduğu vəzifədən azad olunacaq, qəbul isə yeni ildən müsabiqə əsasında keçiriləcək. Bu məqsədlə nazir müavini Ədalət Vəliyevin başçılığı ilə komissiya yaradılıb. İslahatların əsas məqsədi aktyorların işinin tamaşaçılar üçün maraqlı olmasıdır, axı teatr tamaşaları onlara görə qoyulur”, - nazir deyib.

Onun sözlərinə görə, əsl peşəkarların narahatlıq üçün səbəbi ola bilməz: “İşə götürülən aktyorlarla bir il müddətinə müqavilə bağlanacaq və tələblərə uyğun olaraq, müqavilə uzadılacaq. Bu təcrübədən sonrakı illərdə də istifadə olunacaq”.

Əbülfəs Qarayev qeyd edib ki, səhhətində problemlər yaranan incəsənət ustalarına nazirlik tərəfindən daim xüsusi diqqət yetirilir: “Mən Yaşar Nuri ilə telefonla danışdım, onun səsini eşitdim və müalicənin çox yaxşı getdiyini öyrənəndə çox sevindim. Çox xoşdur ki, Səyavuş Aslan da artıq özünü yaxşı hiss edir. Vaqif İbrahimoğlunun müalicəsi Türkiyədə davam etdirilir. Aktyor İlham Əsgərovun səhhəti də yaxşılaşır. Onlar bizim milli sərvətimizdir və onların qayğısına qalmaq lazımdır”.






23 Dekabr, 2010  03:45 Baxılıb: 2613 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16