"...uşaqlar qeyri-qanuni doğulur"
"Son illərdə Azərbaycanda boşanma halları bir neçə dəfə artıb. Əgər 2-3 il bundan öncə boşanma halları Azərbaycanda nikaha girənlərin 5%-ni təşkil edirdisə, bu gün bu göstərici 10%-a çatib. Belə ki, 2010-cu ildə Azərbaycanda 86 min gənc ailənin nikahı qeydə alınıb, onlardan 10% isə boşanıb".
Simsar.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
O bildirib ki, boşanma halları heç də ölkədəki sosial-iqtisadi vəziyyətlə əlaqədar deyil. Boşananların əksəriyyəti imkanlı ailələrin övladlarıdırlar. Ötən il 86 min nikaha girənlərin 5 mini 18 yaşına qədər olan gənclərdir. Bu isə onların vaxtında sənədləri rəsmiləşdirə bilmədiklərinə görə, uşaqların qeyri-qanuni doğulmasına səbəb olub.
Komitə sədri söyləyib ki, 2010-cu ildə 155 min doğulub, onun 29 mini qeyri-rəsmi nikahdandır. Bu problemi aradan qaldırmaq lazımdır. Bunun üçün isə cəmiyyətdə ciddi maarifləndirmə işlərinə ehtiyac var.