Ərdoğan: “Kipr, Qarabağ məsələlərində, terrorçuluqla mübarizədə Azərbaycanla eyni mövqeləri paylaşırıq”
Türkiyənin baş naziri Rəcəcb Tayyip Ərdoğan bu gün İzmir vilayətinin Əliağa rayonu ərazisində “Petkim”-in ortaqları olan Azərbaycan Dövlət Neft Şirkəti (ARDN) və “Turcaz”-in birgə inşa edəcəyi neft-kimya müəssisəsinin təməlqoyma mərasimində çıxışında terrorçuluqla mübarizə barədə geniş çıxış edib:
“Bütün dünya, regiondakı bütün ölkələr artıq bunu anlamalıdılar. Terror bizim müdafiə gücümüzü, mədəniyyətimizi vurduğu kimi, insanları vicdanını da sarsıldır. Terrorun hər gülləsi bizə tuşlandığı kimi, bölgənin sülhünü, qardaşlığını, rahatlığını və sabitliyini
də hədəf alır. Bütün ölkələri insanlığın ortaq problemi olan terrora qarşı birgə mübarizə aparmağa çağırırıq.
Terrora göz yuman hər bir ölkə bilməlidir ki, bir gün həmin terror onlara da qucaq açacaq”.
Ərdoğan Kipr, Qarabağ məsələlərində, Qafqazda sabitliyin qorunmasında, terrorçuluqla mübarizədə Azərbaycanla eyni mövqeləri paylaşdıqlarını deyib: “Qarabağdakı işğal mənim azeri qardaşlarımın ürəklərini nə qədər sızladırsa, hər bir Türkiyə vətəndaşının ürəyini də o qədər acıdır. Terror hücumlarında şəhid olan hər bir gəncimizin acısı bizim ürəyimizə atəş saldığı kimi, inanıram ki, Azəri qardaşlarımın ürəyində də eyni atəşi salır. Biz iki dövlət, tək millət olduğumuz qədər həm də tək ürəyə malikik. Bu üzdən Qarabağda işğal sona çatana qədər Azərbaycan ilə çiyin-çiyinə mücadilə edib savaşacağıq”.
RAMİL