Namiq Qaraçuxurlu ilə Vüqar Əbdülov yeni layihə üzərində işləyirlər
Bir vaxtlar qanlı-bıçaqlı olan meyxana ulduzları arasında, deyəsən, atəşkəs elan olunub. Söhbət Namiq Qaraçuxurlu ilə Vüqar Əbdulovdan gedir. Müğənni Emil Bədəlovun toy mərasimində onlar hətta qol-boyun olublar.
“Mehriban düşmənlər”i bir masa arxasında duz-çörək kəsdikləri yerdə yaxalayan Simsar.az-ın əməkdaşı fürsəti əldən verməyərək meyxanaçıları mehribanlığını fotoaparatın yaddaşına köçürüb.
Özlərini itirməyən yeni dostlar köhnə ədavətlərin üstündən xətt çəkmiş kimi görünüblər. O da məlum olub ki, Aygün Kazımovadan ayrılmış Namiq Qaraçuxurlu yeni dostu ilə hansısa layihə üzərində işləyir.
RAMİL