193 dövlətdən 155-in səsini qazandıq
Simsar.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, oktyabrın 24-də BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı Azərbaycan BMT Baş Assambleyasında 193 dövlətdən 155-in səsini alıb.
Şərqi Avropa ölkələri qrupunda Azərbaycanda mübarizə aparan Sloveniya səsvermənin 16-cı raundunda səs fərqi 40 səsə çatdıqdan sonra namizədliyini geri götürüb.
Qeyd edək ki, Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dekabrın 31-də fəaliyyətə başlayacaq.