Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

YARALI QƏDDAFİYƏ QARŞI VƏHŞİLİYƏ İSLAM NECƏ BAXIR?

 Hacı Şahin Həsənli: “Qəddafinin bu şəkildə öldürülməsi İslamın əleyhinə işləyir”

Qəddafinin ölüm səhnələri bu gün dünya mətbuatının üz qabığını “bəzəyib”. Yəqin ki, hələ uzun müddət Liviyanın keçmiş diktatorunun yalvarış dolu əzablı ölümü gündəmdən düşməyəcək. Adamın “Allahu Əkbər”, “Allahu Əkbər” sədaları altında qətlə yetirilməsi “İslam və zorakılıq” mövzusunu yenidən aktuallaşdırır.

42 il bir ölkəyə rəhbərlik etmiş və hakimiyyətinin son illərində adı insan haqlarının pozulmasında, demokratiyanın boğulmasında hallanan Qəddafiyə qarşı bu ilin Mart ayından başlayaraq etirazlar başlayıb. Sonradan etirazlar genişlənərək silahlı qiyam həddinə çatdı və 6-7 aylıq mübarizə diktator prezidentin dəhşətli ölümü ilə nəticələndi.

Qəddafinin ölüm səhnələrinə baxanlar “belə şey olmaz”, “bu vəhşilikdir”, “yaşlı insana, prezidentə qarşı bunca hörmətsizlik etmək olarmı?” deyə, etirazlarını bildirirlər.
Amma baş verənlər Qəddafinin öz siyasətinin bəhrəsidir.

Simsar.az-a danışan “Mənəvi Dünya” İctimai Birliyinin sədri Hacı Şahin Həsənlinin sözlərinə görə, Qəddafiyə qarşı bu cür aqressiv münasibət başadüşüləndir: “Müqəddəs Kitabımızda buyrulub ki, sizinlə vuruşanla vuruşun. Amma əndazini aşmayın. “Allahu Əkbər” deyib yaralı, silahsız insanı öldürmək, ona işgəncə vermək düzgün deyil. Qəddafinin bu şəkildə öldürülməsi İslamın əleyhinə işləyir. Bu Qərbdə İslamın qorxunc din olması təssüratını yaradacaq. Bir sözlə, zorakılıq səhnələrindən İslama qarşı istifadə edənlər tapılacaq”.

Ş.Həsənli bir daha diqqətə çatdırdı ki, şəriət, qanun insanın zorakılıqla öldürülməsinə yol vermir.

RUSLAN






21 Oktyabr, 2011  18:21 Baxılıb: 1456 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16