Diktatorun ayağından yaralandığı deyilir
Liviyada Milli Keçid Şurasının qüvvələri Sirt şəhərində Müəmmər Qəddafiyə sadiq qüvvələri öz mövqelərindən tamamilə sıxışdırdıqlarını bəyan ediblər. Müxalif qüvvələr devrilmiş lider Müəmmər Qəddafinin doğma şəhərində nəzarəti tamamilə ələ keçirdiklərini bildirirlər.
Bölgədə olan kütləvi-informasiya vasitələrinin məlumatına görə, şəhərin ələ keçirilməsində həlledici hücuma yerli vaxtla səhər saat 8-də başlanılıb və 90 dəqiqə davam edən döyüşlərdən sonra Sirt üzərində nəzarət ələ keçirilib. Hazırda Milli Keçid Şurasının əsgərləri şəhərdə qələbəni bayram edirlər.
Liviyanın Milli Keçid Şurası avqustda paytaxt Tripolinin ələ keçirilməsindən bəri gizlənən Müəmmər Qəddafinin ələ keçirildiyini və 2 ayağından yaralandığını xəbər verib. Təfərrüatlar məlum deyil.
Qəddafinin öldüyü barədə də informasiyalar gəlir. Milli Keçid Hökumətinin üzvləri diktatorunun yaralı həbs olunduğun və sonra öldüyü xəbərini veriblər.