Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

YENİ QANUN BOYUMUZU 10 sm UZADACAQ

Hadi Rəcəbli də unun zənginləşdirilməsinin tərəfdarıdır

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də unun zənginləşdirilməsinin tərəfdarıdır.

H.Rəcəblinin sözlərinə görə, səhiyyə ilə sosial qurumlar bir yerdə işləməlidir ki, əlilliyin qarşısının alınması sahəsində iş görülsün: “Azərbaycanda “Duzun yodlaşdırılması haqında” Qanun nəticəsində endokirin xəstəliklər 3 dəfə azalıb”.

H.Rəcəbli düşünür ki, bir sıra xəstəliklərin qarşısını almaq üçün ərzağın zənginləşdirilməsi vacibdir: “Məsələn, dünyanın 135 ölkəsində unun tərkibi 5 xüsusu maddə ilə zənginləşdirilir. Çində təkcə bunun hesabına əhalinin boyu son 10 ildə 8 sm uzanıb. Azərbaycanda isə uşaqların boyu azalır, çəki aşağı düşür. 135 ölkədə əsasən un, süd, şəkər, düyü qanunla zənginləşdirilir. Dünyanın 135 ölkəsi edirsə biz niyə bunu etməyək”.

O, jurnalistlərə açıqlamasında bildirib ki, sağlamlıqla bağlı bütün qanunlar Səhiyyə Məcəlləsində cəmləşməlidir. Hadi Rəcəblinin sözlərininə görə, bu məcəlləni formalaşdırmağın vaxtı artıq yetişib.

Deputata görə, “Sağlamlığın qorunması haqqında” Qanuna yenidən baxmaq lazımdır: “Bunun bir necə səbəbi var. Təsəvur edin ki, Azərbaycanda ərzağın keyfiyyətinə nəzarəti bir necə qurum həyata keçirir. Dünyanın bir çox ölkələrində ərzağa nəzarəti Səhiyyə Nazirliyi həyəta keçirir. Bunun üçün bizdə də səhiyyəyə bir qədər üstünlük verilməlidir. İndi biz bunun hüquqi bazasını fikirləşirik, necə edək ki, bunu huquq müstəvisində əsaslandıraq”.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev daha öncə bildirib ki, qan azlığı xəstəliklərinin qarşısının alınması üçün ərzaqların dəmirlə zənginləşdirilməsinin hüquqi əsasını yaradan qanun hazırlanacaq. Hazırlanacaq qanunda anemiya xəstəliyinin qarşısını almaqdan ötrü ölkədə istehsal olunan və ölkəyə gətirilən unun dəmirlə zənginləşdirilməsi tələbi qoyulacaq.

RAMİL






20 Oktyabr, 2011  17:05 Baxılıb: 1282 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16