PA rəsmisindən dəyərləri aşağılayanlara uzaqdan danlaq
Bir müddət öncə “Kulis.az” saytı xalq şairi Bəxtiyar Vahabzadənin anasının erməni olduğunu iddia edib.
Saytın bu məlumatı rəsmi qurumlar tərəfindən narazılıqla qarşılanıb.
Bu gün Gəncədə keçirilən “Dövlət müstəqilliyimiz və media” mövzusundakı ümumrespublika konfransında çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib ki, dəyərli insanlara qarşı bu cür münasibər yolverilməzdir.
Əli Həsənova görə, redaktorlar imkan verməməlidirlər ki, hər hansı media quruluşunda ziyalılarımız, dəyərlərimiz hədəf olsun. Əli Həsənov deyib ki, düşmənlərimiz erməni olmayanları da yalandan erməni mənşəli çıxarır: ”Bizim bəzi jurnalistlərimiz isə Bəxtiyar Vahabzadə, Mirzə Cəlil, Sabir kimi ziyalılarımızı əsassız yerə ləkələyirlər.
Qeyd edək ki, “Kulis.az” ədəbiyyat portalıdır. Baş redaktoru yazar Qan Turalıdır. Portal APA media qrupuna daxil olsa da, sərbəst fəaliyyət göstərir.
RAMİL