Bakının mərkəzində ən hündür bina 7 mərtəbə olacaq
Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
Onun sözlərinə görə, müvafiq müfəssəl plan Komitə tərəfindən hazırlanıb. İlin sonuna kimi hökumət orqanlarından rəy və təkliflər alınacaq, sonra isə təsdiq üçün Bakı şəhər İcra Hakimiyyətinə və ya hökumətə təsdiq olunacaq.
C.Qocayev qeyd edib ki, hündürmərtəbəli binaların tikintisi sahəsi 1550 min hektar olan ərazidə qadağan olunacaq. Bu ərazi “AMAY” ticarət mərkəzi, Nərimanov prospekti və Bakıxanov küçəsi arasında yerləşir.