Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

ONLAR AZƏRBAYCANIN MÜSTƏQİL OLMASINI İSTƏMƏYİB

20 il öncə müstəqilliyin əleyhinə səs verənlərin əksəriyyəti yüksək vəzifədədir

Bu gün Azərbaycanın müstəqillik aktının qəbul edilməsinin 20 ili tamam olur. Ölkəmizin müasir tarixində mühüm yeri olan bu təqvim təəssüf ki, artıq rəsmi bayram kimi qeyd olunmur. Azərbaycanın müstəqilliyi ilə bağlı Konstitusiya Aktının müəlliflərindən biri, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov iki il öncə Dövlət Müstəqilliyi Gününün qeyri-iş günü statusunun bərpası və dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsi zərurəti haqqında prezident İlham Əliyevə və Milli Məclisə məktub ünvanlayıb. Amma onun bu müraciətinə müsbət reaksiya verilməyib.
hər il müstəqil qəzetlərdə 1991-ci il oktyabrın 18-də keçirilən səsvermədə Azərbaycanın müstəqilliyinə səs verməyən deputatların siyahısını dərc edilir.

Müstəqilliyə səs verməyənlər, səs verənlərdən daha çox imtiyaz sahibidilər


Təəssüf doğuran odur ki, 19 il əvvəl müstəqilliyimiz əleyhinə səs verənlərin böyük əksəriyyəti sonradan müstəqil Azərbaycanda ən yüksək dövlət vəzifələrini tutub, ən ali dövlət mükafatlarına layiq görülüb və qeyri-rəsmi yolla böyük sərvət toplayıblar.
Həmin vaxt istiqlalımız üçün çalışan insanlar indi əksinə, acınacaqlı durumdadırlar.

Siyahını bu dəfə də oxucuların diqqətinə çatdırırıq ki, onların həm unudulmasın, həm də yeni nəsil müstəqillik əleyhdarlarını tanısınlar.

Onları tanıyın!

Arif Rəhimzadə - deputat, Milli Məclisdə komitə sədri,
Yaşar Əliyev - Azərbaycanın BMT-dəki nümayəndəsi,
Abbas Abbasov - baş nazirin sabiq birinci müavini,
Fikrət Sadıqov - “Azərkimya” DŞ-nin keçmiş prezidenti
Samur Novruzov - sabiq nazir, vəfat edib
Eldar İbrahimov - MM-in Aqrar Siyasət komitəsinin sədri
Şaitdin Əliyev - sabiq deputat
Gülnarə Qurbanova - işsiz, Şıxəli Qurbanovun qızı
Mixail Zabelin - YAP Siyasi Şurasının üzvü, deputat
Soltan Məmmədov - biznes fəaliyyətilə məşğuldur
Zeynəb Xanlarova - xalq artisti, deputat
Madər Musayev - iş adamı, Binəqədi rayonunun “əbədi” deputatı
Yaşar Rzayev - Lənkəranın keçmiş icra başçısı
Gennadi Timoşenko - sabiq deputat
Həsən Həsənov - keçmiş baş nazir, Macarıstandakı səfir
Əli Həsənov - Baş nazirin müavini,"Qaçkınkom"un sədri
Şair Həsənov - Mənzil Kommunal Təsərrüfatı Komitəsi sədri
İrşad Əliyev - sabiq Kənd Təsərrüfatı naziri
Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri
Aslan Süleymanov - işsiz
Arif Ağayev - Yasamalın keçmiş icra başçısı
Şamil Həsənov - Ağcəbədinin keçmiş icra başçısı
Sahib Əkbərov - Kəlbəcərin icra başçısı
Tapdıq Kamalov - keçmiş deputat
Rüfət Əsədov - NK-da şöbə müdiri
Tofiq Bağırov - Cəlilabadın keçmiş icra başçısı
Arif Mövsümov - NK-da şöbə müdiri, vəfat edib
Cahangir Hüseynov - keçmiş deputat
Mirhəmzə Əfəndiyev - Belçikadakı sabiq səfir
Telman Orucov - ADP-nin keçmiş katibi
Çingiz Sadıqov - Tərəqqi Partiyasının sədri


Əsas bəhanə; o gün iclasda iştirak etmirdim


Siyahıda adları çəkilən şəxslərin bəziləri müxtəlif dövlət vəziflərində çalışır, bəziləri dünyasını dəyişib. Müstəqillik əleyhinə səsverənlərdən Çingiz Sadıqov, Telman Orucov bir vaxtlar fəal müxalifətçiliklə də məşğul olublar. Ümumiyyətlə, siyahıdakıların əksəriyyəti müstəqilliyin əleyhinə səs verdiklərini sonradan etiraf etməyiblər. Ən yaxşı halda susublar və ya səsvermə zamanı zalda olmadıqlarını deyiblər.

Məsələn, millət vəkili Eldar İbrahimov əməkdaşımızla söhbətində bildirib ki, Müstəqillik Aktının qəbulu ilə bağlı səsvermə keçirilən zaman o, parlamentə gəlməyib. Ona görə də, adı müstəqillik əheyhdarlarının sırasında hallanır.

1991-ci ildə Ali Sovetin deputatı olmuş Cahangir Hüseynov isə qeyd edib ki, 18 oktyabrda baş tutan səsvermədə o da bütün deputatlar kimi, müstəqilliyə səs verib: “1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi ilə bağlı keçirilən səsvermədə deputatların hamısı lehinə səs verdilər».


Anti-istiqlalçıya «İstiqlal» ordeni

Qatı müstəqillik əleyhdarlarından biri kimi xalq artisti Zeynab Xanlarovanın adı hallanır. Hətta ona «İstiqlal» ordeninin verilməsinə hökumət nümayəndələri belə kinayə ilə yanaşıblar. «İstiqlal» ordeni alması münasibətilə spiker Oqtay Əsədovun Zeynəb Xanlarovanı təbrik etməməsi ikincini bərk əsəbiləşdirmişi və 2008-ci ildə parlamentin iclasında spikeri danlamasına səbəb olmuşdu.

«Ziyafət müəllim, siz orda yox, sipikerin yerində oturmalısınız» deyən, xalq artisti prezidentin ona orden verəndən sonra Oqtay Əsədovun onu təbrik etmədiyini deyib: «Axı sən kimsən? Orda elə oturmalısan ki, aşağı düşəndə də sənə hörmət etsinlər…».

AMİP lideri Etibar Məmmədovun sözlərinə görə, müstəqilliyimizin əleyhinə çıxanlar arasında «İstiqlal ordeni»nə layiq görülən şəxslər var: «Mən ad çəkib, kimlərinsə xətrinə dəymək istəmirəm. Müstəqilliyin əleyhinə səs verənlərdən biri şəxsən mənə bildirdi ki, o, «İstiqlal ordeni» alarkən prezidentə «axı mən müstəqilliyin əleyhinə səs vermişəm, «İstiqlal ordeni»ni almağa utanıram» dedikdə, prezident ona «utanma, al» deyib.

«Hər bir kəsə müstəqilliyə münasibətinə görə qiymət verilir»


YAP-çı millət vəkili Aydın Mirzəzadə müstəqililyin əleyihinə çıxmış şəxslərin sonradan vəzifələr verilməsinə münasibət olaraq Simsar.az-a qeyd etdi ki, həmin tarixin araşdırılmasına ehtiyac var: «Səsvermə zamanı kimlənsə ezamiyyətdə və ya xarici ölkədə səfərdə ola bilər. Yəni bu baxımdan imzası olmayan insanların hər birini müstəqilliyin əleyhdarı kimi qələmə vermək düzgün deyil. Digər tərəfdən müstəqilliyin əleyhinə səs vermiş insanların vəzifədə olduğunu mən bilmirəm. Hər bir kəsə dövlətə, müstəqilliyə münasibətinə, fərdi qabiliyyətinə görə qiymət verilir. Amma mən həmin prosesdə iştirak etmiş və müstəqilliyin əleyhinə səs vermiş insanın yerinə cavab verə bilmərək. Hər kəs öz əməlinə görə, cavab verməlidir».

RUSLAN






18 Oktyabr, 2011  14:53 Baxılıb: 2230 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16