Onun təsadüfi güllə yarasından öldüyü məlum olub
19-сu əsrin məşhur Hollandiya rəssamı Vinçent Van Qoq intihar etmədiyi və təsadüfən güllə yarası aldığı
məlum olub.
Simsar.az-ın məlumatına görə, Van Qoqun yaşamından bəhs edən və Steven Naifeh ilə Qregory Smit tərəfindən qələmə alınan əsərdə bildirlir ki, rəssam iki gənc arasındakı atışmanın qurbanı olub.
1890-cu ildə Fransanın Auvers-sur-Oise şəhərində 37 yaşında hayatla vidalaşan Van Qoqun deyildiyi kimi, rəsm çəkmək üçün buğda tarlasında özünü vurmadığı iddiası irəli sürülür. Bildirilir ki, rəssam iki gənc arasında baş verən atışma zamanı gənclərdən birini qoruyarkən vurulub.
Bu vaxta qədər olan məlumatlara görə, Van Qoq dolanışıq üzündən intihar edib. Rəsmlərini sata bilməyən rəssam yoxsulluqdan əziyyət çəkib, ruhi sarsıntı keçirib və son olaraq intihar edib.
Simsar.az