Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

“SİMSAR” JURNALININ ƏMƏKDAŞLARI QUBADA KÜTLƏVİ SOYQIRIM MƏZARLIĞINI ZİYARƏT ETDI

Iradə Nurəddinqızı: “Onlar sevə-sevə canlarından keçiblər”

18 oktyabr “Müstəqillik günü” münasibətilə “Simsar” jurnalının Baş redaktoru İradə Nurəddinqızı və jurnalın əməkdaşları Quba şəhərindəki kütləvi soyqırım məzarlığını ziyarət ediblər. Məzarlığa gül dəstələri qoyan jurnalistlər, gördükləri vəhşiliklərdən heyrətləniblər.
Məzarlığın nəzarətçisi Seyidbala Səfərəliyev məzarlıq haqqında jurnalisləri məlumatlandırıb. Bildirib ki, kütləvi məzarlıqda 1918 ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlılar və qeyri-millətlərin nümayəndələri basdırılıb. İndiyənədək iki quyudan kütləvi qətl olunmuş 540 insanın qalığı tapılıb ki, kəllə sümüklərindən cavanlarla yanaşı, qoca və uşaqların da öldürüldüyü bəlli olur. Öldürülənlərin baş sümüklərində rast gəlinən küt alət izləri və mismarlar erməni vəhşiliyini bir daha ortaya qoyur.
“Simsar” jurnalının Baş redaktoru İradə Nurəddinqızı isə müstəqilliyin qan bahasına başa gəldiyini bildirib. Vətənimizn qəhrəman oğul və qızlarının müstəqillik uğrunda sevə-sevə öz canlarından keçmələrinin, gələcək nəsillərə bir örnək olduğunu xatırladıb. O, ermənilərin yersiz iddalarının və keçmişdə törətdikləri bu cür qətliamların üzə çıxmasının, erməni vəhşiliyinin bir nümunəsi olduğunu, bu cür hadisələrdən dərs almalı olduğumuzu bildirib.
Elmar






17 Oktyabr, 2011  16:53 Baxılıb: 1465 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16