Daşın üzərindəki mamırlar “Allah” oxunur
“Simsar” jurnalının əməkdaşları jurnalın yeni nömrəsi üçün reportaj hazırlamaq məqsədi ilə Qusar rayonunda olublar. Şahdağ Qış-Yay Turizm Kompleksininin yanında olarkən, bir təsadüf nəticəsində qarşılaşdıqları möcüzə onları şoka salıb.
Jurnalistlər Lərzə kəndinə gedən yolun kənarında Peyğəmbər daşı deyilən ərazidəki Aladaşın üzərində mamırların yaratdığı “Allah” yazısını gördükdə heyrətləniblər. “Simsar”ın əməkdaşılarına bələdçilik edən Vüqar Ağasıyev ərazidə xeyli müqəddəs dini ocaq və ziyarətgahların olduğunu bildirib.
Qeyd edək ki, ağ və qırmızı mamırların əmələ gətirdiyi “Allah” yazısı olduqca aydın şəkildədir və hər kəs tərəfindən oxunur.
“Allah” yazısı olan fotoları oxucularımıza təqdim edirik.
Elmar