Polis şöbəsini partlatmaq istəyən kamikadze öldürüldü
Simsar.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İsgenderun rayonunda, İsgenderun-Adana yolu üzərində yerləşən polis şöbəsinin əməkdaşları dərhal cavab atəşi açıblar. Bu zaman avtomobillərdən birindən çıxan və üzərində partlayıcı qurğu olduğu müşahidə edilən bir terrorçu polis şöbəsinə doğru qaçmağa başlayıb. Terrorçu polis şöbəsinin qapısına 1 metr məsafədə başından vurularaq öldürülüb. Atışma zamanı 4 polis əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, polis əməkdaşlarından Kadir Avçıoğlu həyatını itirib.