O, hospitalda dünyasını dəyişib
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri Orxan Səməd oğlu Səmədli hərbi hissədə təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə ağır vəziyyətdə hospitala yerləşdirilən əsgər orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.