"Türkiyə İsrailə tam dəstək verməsinin hesabını verməlidir
"Türkiyə strateji maraqlarını yenidən düşünməli və digər ölkələrin "acı tarixi təcrübəsindən" dərs almalıdır. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran Hərbi Qüvvələri Baş Qərargahının sədr-müavini, general Məsud Cəzayiri belə deyib.
"Türkiyə İsrailə tam dəstək verməsinin hesabını verməlidir", deyə Məsud Cəzayiri əlavə edib.
İranın "Tehran Times" qəzeti və Press TV kimi mətbuat orqanlarına görə, Məsud Cəzayirinin "Türkiyənin strateji maraqlarını yenidən düşünməli" olduğunu deyərkən, Ankaranın müsəlman cəmiyyətinin gücünə və başqa yerlərdəki müsəlmanların gücünə daha çox güvənməli olduğunu nəzərdə tutub.