Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə aksiyalar davam edir. Ölkənin şimal-şərqində, Haseke şəhəri yaxınlığındakı Amuda rayonunda Bəşər Əsədin atası Hafiz Əsədin heykəli müxalifət tərəfdarları tərəfindən yerlə yeksan edilib.
Əsəd əleyhdarları Suriyanın öndə gedən müxalifət nümayəndələrindən birinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən sonra belə addım atmağa qərar veriblər. Müxalifət tərəfdarlarından biri heykəlin dağıdılmasını həvəskar kameraya çəkib.