O xəstəxanaya çatdırılıb
Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tərtər rayonunun işğal altında olan Seyidsulan kəndində bir mülki şəxs yaralanıb.
ANS PRESS-in Qarabağ bürosundan verilən məlumata görə, xəsarət alan Qapanlı kənd sakini Əliyev Daşqın Yusif oğludur. Həmkəndlisi ilə əkin sahəsinə gedən Daşqın Əliyev snayperlə vurulub. O, dərhal Tərtər rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, güllə onun sol döş qəfəsinin 3/1 hissəsindən girərək kürəyindən çıxıb. Yaralıya ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti qənaətbəxşdir.