Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

HADİSƏ

DEPUTATIN MÜHASİBİNİN OĞLU ATASININ QƏTLƏ YETİRİLDİYİNİ İDDİA EDİR

Kərim Mehdiyev: “Atamın ölüm işi ört-basdır edilir”

Milli Məclisin deputatı Fərhad Qəribovun Kürdəmir rayonunda yerləşən şirə zavodunun mühasibi Nadir Mehdiyevin ölümünün səbəbləri bu günə qədər açılmayıb.

N.Mehdiyev bu il aprelin 7-də səhər saatlarında Kürdəmir rayonunun Xırdapay kəndindəki evindən çıxıb və bir daha geri qayıtmayıb. Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları N.Mehdiyevin cəsədini aprelin 29-da Kür çayının Carlı kəndi ərazisindən keçən hissəsindən tapıblar. Onun ölümü bir müddət mətbuatın gündəmində qaldı və jurnalistlər istər-istəməz F.Qəribova müraciət etməli olmuşdular.

Millət vəkili “Simsar.az”a açıqlamasında bildirmişdi ki, N.Mehdiyev şirə zavodundan bir neçə il öncə işdən çıxıb. Qəribova görə, mərhumun psixoloji problemləri olub.

N.Mehdiyevin oğlu Kərim Mehdiyev əməkdaşımızla söhbətində bildirib ki, aprelin 7-də atasına F.Qəribovun Kürdəmirdəki şirə zavodunun direktoru Şahid zəng edib, işə gəlməsini tapşırıb. Onun sözlərinə görə, atasını sonuncu dəfə Kürdəmir bazarının qarşısında F.Qəribovun oğlu Zöhrab Qəribovun maşınına minən görüblər: “O gündən atam itkin düşüb”.
K.Mehdiyevin yazdığına görə, Z.Qəribov vaxtilə Yasamal Rayon Polis İdarəsində polis zabiti işləyib.

K.Mehdiyev qeyd edir ki, atasının itkin düşməsi Z.Qəribovun şirkətinin bəndatma işlərinə dair tenderin qalibi olması ilə əlaqəlidir: “Bəndatma adı ilə Fərhad Qəribov Milli Məclisdən oğlu Zöhrab Qəribovun hesabına külli miqdarda pul köçürdüb. Yeyinti izini itirmək üçün atamı qurban veriblər”.
K.Mehdiyevə görə, atasının ölüm işi ört-basdır edilir: “Bildiyimizə görə, Fərhad Qəribov külli miqdarda pul mənimsəyib. Onun oğlu Rəşad Qəribovun uşaqlıq dostu Eldəniz Qurbanov müəmmalı şəkildə qətlə yetirilib.

K.Mehdiyev onu da deyir ki, atasının intihar etməsinə inanmır: “Atamın 72 yaşı olub. Qəribovun Şirə zavodunda mühasib işləyib. Heç vaxt sosial vəziyyətimizdən şikayət etməmişik. Atam intihar etmək istəsəydi, bunu evdə də edə bilərdi. Mənə təəccüblü gələn odur ki, atamın aprelin 7-də sonuncu dəfə mindiyi VAZ - 2107 markalı avtomobilin sürücüsünü istintaq tapa bilmir. Tələbim istintaqın düzgün aparılmasıdır”.

RUSLAN






8 Oktyabr, 2011  14:44 Baxılıb: 1481 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16