AXCP sədr müavininin cavabı: “Nə murdar adam imişsən”
Publisistka sahəsində özlərini kifayət qədər göstərməyi bacaran yazarla siyasət adamları arasında tez-tez gərginlik yaşanır. Yazar hər hansı qəzetin ona verdiyi imkandan istifadə edib haqlı və haqsız siyasətçini kəskin tənqid edir.
Zaman-zaman kəskin tənqidlərə məruz qalan siyasətçilər isə müxalifət düşərgəsinə aiddir. İqtidara ünvanlanan tənqidlər ümumi xarakter daşısa da, müxalifət düşərgəsində belə tənqidlər konkret adlara yönəlir. Bəzən tənqidin “doza”sı o qədər güclü olur ki, onu təhqirdən ayırmaq mümkün deyil.
Növbəti belə təhqirli tənqid AXCP sədri Əli Kərimliyə yazar Seymur Baycan tərəfindən deyilib.
“Facebook” sosial şəbəkəsində Seymur Baycanın bu gün səhər saatlarında yerləşdirdiyi statusdan oxuyuruq: “Əli Kərimli istədiyini alan kimi kəsəcək səsini. Müxalifət qüvvələrini İsa Qəmbərin arxasında birləşməyə dəvət edirəm. İsa Qəmbər heç vaxt bu rejimə boyun əyməyib. Əli Kərimli isə hakimiyyətin bic balasıdır”.
Yazara cavab özünü çox gözlətməyib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı statusa belə rəy yazıb: “Nə murdar adam imişsən. Sənə o boyda hörmətim vardı, girdin yerin dibinə”.
Natiq