Terrorçuların öldürdüyü hamilə ananın körpəsi dünyaya gəldi
PKK terror təşkilatının Türkiyənin Batman vilayətində bir ailəyə silahlı hücumu tükürpədən faciəyə səbəb olub.
Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polislə atışan PKK-çılar yoldan keçən avtomobilə atəş açıblar. Avtomobildə olan 8 aylıq hamilə qadın Mizgin Doru və 3 yaşlı qızı Sultan hayatlarını itiriblər. Maşını idarə edən ata Talat Doru yaralı halda xəstəxanaya qədər gəlməyi bacarıb.
Həlak olan ananın bətnindəki körpə sağ-salamat həyata qaytarılıb. Hələ adı belə qoyulmayan və illərdi yolu gözlənilən oğlan uşağı PKK-nın xain basqısı üzündən anasız böyüyəcək.
RAMİL