Bu pul Qarabağ münaqişəsindən əziyyət çəkənlərə xərclənəcək
ABŞ Senatının Təxsisat Komitəsi 2012-ci il üçün dövlət büdcəsi layihəsini və xarici təxsisat məsələləri üzrə qanun layihəsini qəbul edib. ANS PRESS-in “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, layihənin ümumi dəyəri 626 milyon dollar təşkil edir.
Qeyd edək ki, bu məbləğ ötən illə müqayisədə 69 milyon dollar azdır. Layihədə Avropa, Avrasiya və Mərkəzi Asiya dövlətlərinə maliyyə yardımı etmək nəzərdə tutulur.
ABŞ-dakı Ermənistan Assambleyasının məlumatına görə, sənəddə Ermənistanın növbəti ildə ABŞ-dan 40 milyon dollar yardım alacağı öz əksini tapıb. Məlumata görə, ABŞ Senatının adıçəkilən komitəsi Ermənistana verəcəyi humanitar yardım Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkənlərə xərclənəcək.