Əsgər tağım komandirini güllələdi
APA-nın xəbərinə görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Bu ilin yanvar ayında Şamaxı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər Hüseynov Sarvan Vidadi oğlu xidməti silahdan açdığı atəşlə tağım komandiri, baş leytenant Balabəy Veysəlovu vurub. Nəticədə B. Veysəlov ağır güllə yarası alaraq hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.