Əli Həsənov: “Beynəlxalq aləm Ermənistan qarşısında acizlik nümayiş etdirsə, Azərbaycan öz torpaqlarını digər yollarla azad etmək haqqında düşünəcək”
Ziyafət Əsgərov: "müharibənin yenidən alovlanması təhlükəsini artırır”
“Bu, bir daha göstərir ki, Ermənistan neçə illərdir beynəlxalq aləmi aldadır”. APA-nın məlumatına görə, bu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağı ilə bağlı bəyanatını şərh edərkən deyib. Ə. Həsənov Ermənistanı BMT və ATƏT-i aldatmaqda günahlandırıb: “Ermənistan neçə illərdir bu məsələni danışıqlar yolu ilə həll etmək imitasiyası nümayiş etdirir. Təəssüf edirəm ki, Sərkisyan tipli insanların dünya siyasətinə meydan oxumasına hələlik göz yuman beynəlxalq təşkilatlar və ölkələr var. Amma belələrinin meydanının daralacağı, sonunun çatacağı günə də çox qalmayıb. Azərbaycan xalqı, dövləti dəfələrlə bəyan edib ki, biz beynəlxalq təşkilatların sülh missiyasına inanırıq, ümid bəsləyirik. Amma beynəlxalq aləmin Ermənistanın qarşısında acizlik nümayiş etdirdiyini, bu tipli qeyri-konstruktiv, cılız açıqlamalarına reaksiya vermədiyini görsək, onda Azərbaycan torpaqlarını digər yollarla azad etmək haqqında düşünəcək”.
Simsar.az-ın məlumatına görə, bu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağı ilə bağlı bəyanatını şərh edərkən deyib. Ə. Həsənov Ermənistanı BMT və ATƏT-i aldatmaqda günahlandırıb: “Ermənistan neçə illərdir bu məsələni danışıqlar yolu ilə həll etmək imitasiyası nümayiş etdirir. Təəssüf edirəm ki, Sərkisyan tipli insanların dünya siyasətinə meydan oxumasına hələlik göz yuman beynəlxalq təşkilatlar və ölkələr var. Amma belələrinin meydanının daralacağı, sonunun çatacağı günə də çox qalmayıb. Azərbaycan xalqı, dövləti dəfələrlə bəyan edib ki, biz beynəlxalq təşkilatların sülh missiyasına inanırıq, ümid bəsləyirik. Amma beynəlxalq aləmin Ermənistanın qarşısında acizlik nümayiş etdirdiyini, bu tipli qeyri-konstruktiv, cılız açıqlamalarına reaksiya vermədiyini görsək, onda Azərbaycan torpaqlarını digər yollarla azad etmək haqqında düşünəcək”.
“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq norma və prinsiplərə əsaslanır”.
Simsar.az-ın məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirdiyi beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
“Təəssüf ki, beynəlxalq təşkilatların müvafiq qərarların həyata keçirilməsi indiyədək təmin edilməyib, ATƏT-in Minsk Qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmayıb. Vəziyyətin bu cür qalmasının nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur. Ermənistanın sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi, atəşkəs rejimini tez-tez pozması müharibə tonqalının yenidən alovlanması təhlükəsini daha da artırır. Bununla əlaqədar biz beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə dəstəyi artırmağa səsləyirik”.