Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

KƏLLƏ-ÇARXA ÇIXAN TƏHSİL XƏRCLƏRİ

Azər Mehtiyev: “Təhsilin pulsuz olması adi sözə çevrilir” 

Konstitusiyaya görə, Azərbaycanda orta təhsil icbaridir. Amma bu gün istənilən validenə yaxınlaşsaq, onların şikayətlərindən sonra ölkədə təhsilin deyildiyi kimi, heç də pulsuz olmadığını düşünərik.

Düzdür, hər il ölkədə Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun vəsaitləri hesabına onlarla orta məktəb binası tikilir, təmir edilir, məktəblərin maddi-t exniki bazası gücləndirilir və s.

Hazırda Azərbaycanda sınıq-salxaq, qədimi məktəb binaları barmaqla sayılacaq qədər azalıb. Bu müsbət haldır. Bununla yanaşı ölkədə qiymətlərin günü-gündən artması fonunda valideynlərin təhsil xərcləri də artıb.

Yeni tədris ili ərəfəsində Rusiyanın “Rossiya-24” kanalının araşdırmaları maraqlı, amma valideynlər üçün yaxşı olmayan nəticələr ortaya qoydu. Sən demə, MDB-də ən bahalı dəftərxana malları Azərbaycandadır. Azərbaycanda bir məktəbli üçün minimal dəst təxminən 47 manata başa gəlir. Halbuki, oxşar dəsti Moldovada 40 manata, Qırğızıstanda 32 manata, Qazaxıstanda 27 manata, Rusiyada isə 19 manata almaq olar. Ən ucuz dəftərxana dəsti Ermənistan və Belorusdadır.

Rusiyada məktəbli geyiminin bir dəsti təxminən 110 manata başa gəlir. Azərbaycanda isə 47 manat ödənilməlidir.
Dərsliklərlə bağlı vəziyyət də ürəkaçan deyil.
Hesablamalara görə, Azərbaycan valideyni il ərzində bir uşağın dərsliklərinə 200 manata yaxın vəsait xərcləməli olur. Məktəblərdə artıq neçə ildir ki, dərsliklər şagirdlərə pulsuz paylanır. Bu valideynlərin büdcəsinə müsbət təsir edir.

Amma araşdırmalar göstərir ki, bu və ya digər formada valideynlər dərslik almağa məcbur olurlar. Məsələn, ibtidai siniflər üçün nəzərdə tutulan 12 vərəqli dəftərlər 10 qəpiyədir. Ancaq mağazalarda 20 qəpiyə Türkiyə istehsalı olan 12 vərəq dəftərlər də satılır. 40 vərəqli dəftərlər 30 qəpiyə, gündəlik 80 qəpiyə, dəftər üzləri isə 20 qəpiyədir. Qələmlər 10 qəpikdən başlayıb 40 qəpiyə qədər bahalaşır, sadə karandaşın da ən ucuzu 20 qəpikdir. Pozan 20-80, karandaşyonan 80 qəpiyə, albom 50 qəpikdən 1 manat 50 qəpiyə təklif edilir. Rəngli karandaşların qiyməti 1 manatdan başlayıb 5 manata qədər artır, plastilinin də ucuzu 1 manatdır. Türkiyə məhsulu olan 24 rəngli karandaş dəsti isə 11 manat 40 qəpikdir. Nisbətən baha olan "Nil" mağazasında isə ən ucuz məktəb ləvazimatı olan pozan 1 manat 60 qəpik qiymətindədir. Rəsm dəftərlərinin qiyməti də 3 manatdan başlayır. 80 vərəqli spirallı A5 dəftərləri 3 manat 20 qəpiyə, spiralsızları isə 2 manat 15 qəpiyədir.

İqtisadçı ekspert Azər Mehtiyev hesab edir ki, Azərbaycan vətəndaşlarının gəlirlərilə yanaşı xərcləri də artır: «Düzdür, ölkədə hər il əhalinin orta aylıq gəlirində nəzərəçarpacaq qədər artım olur. Amma artımlar bahalaşmanın yeminə çevrilir. Sanki ölkədə təhçil pulludur. Qazandığımız pulu dolayısı ilə təhsilə, səhiyyəyə xərcləməli oluruq. Tibbi xidmət pulsuzdur. Amma həkimə müraciət etdikdə ən azı 100 manatımız çıxır. İynə, dərman, zəhmət haqqı və s. Eləcədə təhsil. Təhsil pulsuzdur. Amma gəlin görək övladlarımızı pulsuz oxuda bilirikmi? Yuxarı siniflərdə mütləq əlavə müəllim tuturuq ki, övladımız yaxşı hazırlaşsın ali məktəbə qəbul olsun».

A.Mehdiyevə görə, Azərbaycanda əlavə müəllim yanına getmədən şagirdi ölkənin tanınmış ali məktəblərinin nüfuzlu ixtisaslarına daxil olan orta məktəb tapmaq mümkün deyil: «Pulumuzu repititorlara veririk. İndii şagirdin birini ayı aşağısı 30 manata hazırlaşdırırlar. 4 müəllim yanına gedəndə bu 120 manat edir. İl ərzində isə bu minimum 1500 manat deməkdir. Qeyd edim ki, 30 manat hələ ən aşağı həddir. Ayı 50, 80, 100 manata da şagird hazırlaşdıran repititorlar da az deyil. Elə ailə var ki, orada iki uşaq hazırlığa gedir. Belə olanda həmin ailənin vəziyyətini təsəvvür etmək çətin deyil. Bu mənada təhsilin pulsuz olması adi sözə çevrilir».

Ekspertə görə, pulsuz orta məktəblərdə təzhsil almaqdansa, özəl liseylərdə oxumaq daha sərfəlidir: «Birincisi, özəl liseylərdə təhsilin keyfiyyəti yüksəkdir və övladın ali məktəbə girməsi ehtimalı böyük olur. Digər tərəfdən aili büdcəsini formalaşdırarkən təhsil haqlarını öncədən nəzərə alı rvə buna uyğun olaraq addımlar atır».

Ruslan XƏLİL






23 Sentyabr, 2011  15:17 Baxılıb: 2719 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16