Bütün avtomobillər yoxlanılır
APA-nın məlumatına görə, əməliyyatlar Azərbaycanın şimal-qərb bölgəsində - Qax, Zaqatala, Balakən və şimal bölgəsini əhatə edən Quba, Qusar, Xaçmaz rayonlarında aparılır. “Sərhəd-sipər” adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir.
Zaqatala sakinlərinin APA-ya verdiyi məlumata görə, rayon ərazisində postlar qurulub. Polis əməkdaşları və Daxili Qoşunların silahlı əsgərləri tərəfindən rayona girən və çıxan avtomobillər yoxlanılır.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya əməliyyatların aparıldığını təsdiqləsələr də, əməliyyatın məxfi olduğunu əsas gətirərək ətraflı məlumat verilməyib.
Quba Rayon Polis Şöbəsindən isə APA-ya bildirilib ki, məlum əməliyyatlar Rusiya ilə Azərbaycan tərəfinin birgə əldə etdiyi razılaşmaya əsasən aparılır.