Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

YOL POLİSİ QAYDALARI POZA BİLƏR?

Qanun qarşısında hamı bərabər olsa da…

Avtomobil sürücülərinin tez-tez rastlaşdığı və qıcıqlandıqları situasiyalardan biri yol polisinin istədikləri vaxt hərəkət qaydalarını pozmalarıdır. Qanun hamı üçün eynidirsə, necə olur ki, yol polisi qırmızı işıqdan keçir, sürət həddini aşır, qoşa və düz xətləri təkərləyir, icazə verilməyən yerlərdə dönür və. s. Bir sözlə, adi avtomobillərə tətbiq edilən qadağalar Dövlət Yol Polisinə (DYP) məxsus avtomobillərdən yan keçir.

Bəzən adi sürücülər də yol polsinin hərəkətlərini təkrarlayıb, qəsdən qanunu pozurlar. Əsas kimi “xeyir ola, sən qırmızıda keçə bilirsən, mən yox” arqumentlərini gətirirlər.

Bu arqumentlər nə dərəcədə əsaslıdır? Ümumiyyətlə, DYP əməkdaşları yol hərəkəti qaydalarını poza bilərlərmi? Yol polisinə nəzarət edən qurum varmı?

Məsələyə aydınlıq gətirmək üçün öncə Yol Hərəkəti Haqqında Qanuna nəzər saldıq. Qanunda birmənalı şəkildə nəzərdə tutulub ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməlidir.
İnzibati Xətalar Məcəlləsinə görə, xüsusi üstünlüyə malik avtomobillərə yol verməyənlər iyirmi manatdan qırx manatadək cərimə olunur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidovun sözlərinə görə, bir sıra hallarda sürücülər xüsusi sədd, qırmızı və ya göy sayrışan işıq siqnalları verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol vermirlər.

Ə.Məcidov onu da bildirib ki, yol polisi əməkdaşlarının avtomobil idarə edərkən telefonla danışması qanunidir: "Patrul avtomobillərində radiostansiyalar quraşdırılıb. Radiostansiya vasitəsilə polis əməkdaşları məlumatlar alır və ötürür. Bəzən isə hər hansı məsələ ilə bağlı telefonla da danışırlar. Radiostansiya ilə danışmağa icazə verildiyi üçün telefonla danışmaq da yasaq deyil. Çünki bu hallar qanunun tələblərinə uyğundur".

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov Simsar.az-a açıqlamasında bildirdi ki, xüsusi üstünlük hüququna malik nəqliyyat vasitələri yol hərəkət qaydalarını poza bilərlər: “Qanun bir sıra nəqliyyat vasitələrinə xüsusi üstünlük statusu verib. Amma bu o demək deyil ki, onların fəaliyyətinə nəzarət olunmur”.

“Hüququ Dövlət Araşdırmalar Fondu”nun rəhbəri Müzəffər Baxışov isə hesab edir ki, xüsusi üstünlüyə malik nəqliyyat vasitələri, xüsusilə də yol polisləri qanunun onlara verdiyi inkanlardan sui-istifadə edirlər: “Konstitusiyanın 25-ci maddəsinə görə, hər kəs qanun və məhkəmə qarşısında bərabərdi. Yol patrul xidmətlərinin addımbaşı qanunu pozmaları hüquqi nihilzmin göstəricisidir. Belə çıxır ki, kimin səlahiyyəti varsa, qanunu poza bilər, səlahiyyəti olmayanlar isə yox. Bəşər tarixi yaranandan bu, belə olub. Qanun hörümçək toru kimi bir şeydir. Zəiflər orada ilişib qalır, güclülər isə yarıb keçir. Yol polisinin fəaliyyətinə Daxili İşlər Nazirliyinin xüsusi idarəsi nəzarət etməlidir”.

RAMİL






19 Sentyabr, 2011  15:55 Baxılıb: 1851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16