Hadisə Naxçıvanda olub
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 1993-cü il təvəllüdlü İxtiyar Füzuli oğlu Mürsəliyev xidməti silahı ilə özünü vurub. Əsgər aldığı güllə yarasından ölüb.
Qeyd edək ki, İ. Mürsəliyev İsmayıllı Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.