“O, bütün ölkəyə təcavüz edir”
Pop dünyasının əfsanəvi ulduzu Madonna İtaliyanın baş naziri Silvio Berluskoni haqqında sərt ifadələr işlədib.
"Berluskoni İtaliyanı idarə edəcək imkanında deyil" deyən Madonna “Oggi” həftəlik jurnalına açıqlamasında Berluskoninin İtaliyanı idarə edəcək imkanında olmadığını bildirib.
Simsar.az Qərb mətbuatına istinadən bildirir ki, İtalya əslli Amerika müğənnisi dörd dəfə ard-arda hakimiyyətdə olan Berluskonini “Bütün ölkəyə təcavüz edən adam” adlandırıb.
İtaliyaya səfərində məqsədin “W.E” filmini təqdim etmək olduğunu deyən
Madonna təqdimatdan sonra Romaya siyasi məsələləri müzakirə etmək üçün dönəcəyini bildiirb. Silvio Berlusconinin nümayəndəsi Carlo Giovanardi Madonnanın şərhinə sərt reaksiya verib. Giovanardi İtaliya xalqının “dollar milyarderi ərköyün bir qadının” şərhlərindən qəti təsirlənmədiyini söyləyib.