Keçmiş prezidentin iki günü var
Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibovun Rusiyaya qayıdacağı dəqiq tarix açıqlanıb.
ASDP-nin digər həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, eks-prezident sentyabrın 18-də səhər saatlarında təyyarə ilə Rusiyaya qayıdacaq: “Ayaz müəllimin toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilmişdi. Həmin vaxt qurtardığına görə sentyabrın 18-də Rusiyaya qayıdır”.
Qeyd edək ki, Ayaz Mütəllibovun 49 yaşlı oğlu Azad Mütəllibov bu il avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskvadan Azərbaycana gəlib. Onun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verilib.