Erməni tərəfi "hə" deyir, Müdafiə Nazirliyi isə susur
Ermənistan silahlı qüvvələri Azərbaycana məxsus pilotsuz kəşfiyyat təyyarəsini vurublar. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın "Armenia Today" saytı xəbər verib.
Saytın yazdığına görə, qondarma Dağlıq Qarabağın "müdafiə nazirliyi"nin mətbuat katibi bildirib ki, hadisə sentyabrın 12-də saat 7:30 radələrində baş verib.
Hadisənin təfərrüatı məlum deyil.
Azərbaycan Müdafiə Nazirliyindən hadisə ilə bağlı şərh almaq mümkün olmayıb.