Əsrin müqaviləsinin 17-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlanıb
Azərbaycan regionları bayrama hazırlaşır. Simsar.az-a daxil olan məlumata görə, nef müqaviləsinin bağlanmasının 17-ci ildönümü və neftçilər günü ilə bağlı olaraq sentyabrın 20-də bir sıra rayonlarda bayram tədbirləri keçiriləcək.
Artıq bu tədbirlərin hazırlıq işlərinə start verilib. Rayon icra hakimiyyətlərinin göstərişlərilə Azərbaycanın ən tanınmış sənəd adamlarının çıxışı nəzərdə tutulan geniş konsert proqramları gerçəkləşəcək.
Ucar, Kürdəmir, Yardımlı, Balakən, Salyan, Neftçala, Lənkəran və bir sıra rayonlarda keçiriləcək bayram tədbirlərinə ARDNŞ-in rəhbər strukturlarında təmsil olunan şəxslər də qatılacaq.
ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Simsar.az-a açıqlamasında faktı təsdiqlədi. Bildirdi ki, Əsrin Müqaviləsinin bağlanmasının 17-ci ildönümü və Neftçilər Gününün qeyd olunması ilə bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planı yaxın günlərdə mətbuata açıqlanacaq.
FAMİL