O, sol budundan güllə yarası alıb
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb.
Ordumuzun əsgəri, 1992-ci il təvəllüdlü Telman Əlişah oğlu Seyfullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə sol budundan güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Qeyd edək ki, T. Seyfullayev 2010-cu ilin iyulunda Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.