Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəbdə qızıl və gümüş alanlar yüksək nəticə göstəriblər

Təhsil Nazirliyi onların nüfuzlu ali məktəblərə girdiyini bəyan edir

2010-2011-ci tədris ilində ilk dəfə olaraq, təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medalla təltif ediliblər.

Simsar.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib. 


Qızıl və gümüş medallar verilərkən Təhsil Nazirliyinin keçirdiyi yoxlama və buraxılış imtahanlarının, həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri də nəzərə alınır. Ötən dərs ilində qızıl və gümüş medalla təltif olunmuş 53 şagirdin (37 nəfər qızıl, 16 nəfər gümüş medala layiq görülüb) hamısı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib. Qızıl və gümüş medalla təltif olunmuş şagirdlərin hamısı ən yüksək balla ölkəmizin aparıcı universitetlərinə və dünyanın nüfuzlu ali məktəblərinə daxil olublar. Ölkədə keçirilən fənn olimpiadalarının qalibləri və orta məktəbi əla qiymətlərlə bitirən şagirdlər də qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.






8 Sentyabr, 2011  15:28 Baxılıb: 685 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
17 May, 2021  15:54



5 May, 2021  09:56








27 Aprel, 2021  14:33

26 Aprel, 2021  10:30

26 Aprel, 2021  09:43

24 Aprel, 2021  10:04








20 Aprel, 2021  13:59


20 Aprel, 2021  09:45



19 Aprel, 2021  10:56

16 Aprel, 2021  10:26



15 Aprel, 2021  11:27



14 Aprel, 2021  14:14

14 Aprel, 2021  13:46




12 Aprel, 2021  15:10











sagbanner