Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

GÜLÜN RUSİYAYA SƏFƏRİ ERMƏNİSTAN HAKİMİYYƏTİNİ ÇAŞDIRDI

Dağlıq Qarabağın talehi Yaroslavda həll oluna bilər

Türkiyə prezidenti Abdullah Gülün Rusiyaya səfər edib. Bu ölkənin kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, Türkiyə dövlət başçısı səfər çərçivəsində sentyabrın 7-8-də Yaroslavlda keçiriləcək Qlobal Siyasi Forumda iştirak edəcək.
Qlobal Siyasi Forumda Almaniya kansleri Angela Merkel və Latviyanın sabiq prezidenti Valdis Zatlersin də iştirak edəcəyi gözlənilir.


Forum çərçivəsində Türkiyə prezidenti Abdullah Gülün rusiyalı həmkarı Dmitri Medvedev və Almaniya kansleri Angela Merkellə görüşü gözlənilir.
Gül-Medvedev görüşü zamanı bir sıra məsələlərlə yanaşı, Qarabağ münaqişəsi, İranın nüvə problemi, eləcə də Əfqanıstan, İraq, Livan, Misir və Suriyadakı vəziyyət diqqət mərkəzində olacaq.

Bu Türkiyə prezidentinin Rusiyaya sayca ikinci səfəridir. Bundan öncə A.Gül 2009-cu il fevralın 12-15-i arası Moskvada səfərdə olmuşdu. Həmin səfərdə də Qarabağ məsələni gündəmə gətirilmişdi.
Düzdür, Gülün ilk səfərinin əsas məqsədi Rusiya-Türkiyə arasında münasibətləri nizama salmaq, siyasi-iqtisadi əməkdaşlığı gücləndirmək idi. Dağlıq Qarabağ məsələsinə isə ötəri toxunulmuşdu.

Rusiyaya səfər öncəsi Türkiyə hava limanında yerli jurnalistlərə açıqlama verən A.Gül «Qarabağ məsələsi müzakirə ediləcəkmi» sualına cavab olaraq bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rola malikdir: «Rusiya münaqişənin ədalətli həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Bu mənada mövqelərimiz çox yaxın. Məsələni yenidən masaya otuzduracağıq və yeni yolları götür-qoy edəcəyik».

Türkiyənin Rusiyayla yaxınlaşması, xüsusən hərbi-texniki sahədə əməkdaşlıq Ermənistanı narahat etməyə bilməz. Eyni narahatlıq həm də NATO-ya da aid edilə bilər. Çünki Türkiyə NATO-nun vacib oyunçusudur. Ancaq Ankaranın Moskvayla yaxınlaşmasını şərtləndirən səbəblər var. Birincisi, Türkiyəni Avropa Birliyinə buraxmırlar, ikincisi, zamanında Ankara "sovet təhlükəsi" səbəbindən NATO-ya üzv olub. Ancaq indi SSRİ və Varşava bloku yoxdur. Üçüncüsü, Türkiyə üçün hazırda təhlükə gözlənilməyən bir yerdən gəlir. Amerikanın işğalından sonra İraqın mərkəzi hakimiyyəti ölkə ərazisinə nəzarəti itirib. Hazırda Ankara ehtiyatlanır ki, amerikalıların hərəkətləri ölkə daxilində kürd separatizmini alovlandırsın. Son zamanlar Ankara və Vaşinqton arasında fikir ayrılığı o həddə çatıb ki, Türkiyə Cənubi Osetiyadakı müharibə zamanı ABŞ-ın hərbi gəmilərini Qara dənizə buraxmadı.


Rus mətbuatı yazır ki, Türkiyəylə Rusiyanın yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə imkan yarada bilər. Abdula Gülün Rusiyanın Qarabağ münaqişəsinin mümkün həllindəki rolunu xüsusi vurğulaması da bu aspektdən qabardılır: "Türkiyənin siyasi rəhbərliyi ehtiyat edir ki, bu "dondurulmuş" konflikt də "Cənubi Osetiya ssenarisi" ilə hərəkətə gələ bilər. Ankara Bakının müttəfiqidir və ona görə də Azərbaycanın maraqlarını önə sürür".

Türkiyənin Rusiyayla yaxınlaşmasının Qarabağ probleminin həllinə xidmət göstərəcəyi ehtimalı kifayət qədərdir.

Ekspertlərə görə, Azərbaycanla Türkiyə daim beynəlxalq müstəvidə bir-birilərinin mövqeyini dəstəkləyən strateji tərəfdaşdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Ankara qeyd-şərtsiz Azərbaycanın mövqeyini dəstəkləməkdədir.
Türkiyə rəsmilərinin Rusiya səfərlərində Dağlıq Qarabağ problemini gündəmə gətirməsini təqdir edən ekspertlər görə tarixi siyasi təcrübə və hazırki reallıqlar onu göstərir ki, Türkiyə istər regiona yönəlik, istərsə də, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar proqnozlaşdırılmamış hər hansı bir addım atmayacaq.

Bütün hallarda Abdulla Gülün Rusiyaya səfəri Qarabağ probleminin həllinə təsirsiz ötüşməyəcək.

Azərbaycanın maraqlarının müdafiəsi baxımından son illər Türkiyə daha prinsipial mövqe tutur. Ankara prinsipial mövqedən çıxış etsə, Rusiya onunla hesablaşar.

RAMİL






8 Sentyabr, 2011  12:27 Baxılıb: 1283 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16