“İstəmədim məni yazıq kimi qələmə versinlər”
Hər baxdığında gözəllik axtarmağa çalışır bu dəfəki qonağımız. Amma nədənsə öz ətrafından və yaşayış tərzindən narazıdır. Bezib, yorulub sakit həyat yaşamaq istəyir. Əməkdar artist, daha çox “Toppuş bacı” obrazı ilə tanınan Tünzalə Əliyevanın “Simsar” jurnalında konsultasiyadadır.
Simsar.saytı konsultasiyada Tünzalə Əliyevanın düşdüyü vəziyyəti təqdim edir
İradə Nürəddinqızı - Tünzalə gözəl düşünə bilirmi?
Tünzalə Əliyeva - Onu gərək kənardan baxan desin mən özüm nə deyə bilərm.
İadə Nurəddinqızı - Bəs kənardan necə gözəllik görürsən?
Tünzalə Əliyeva - Hər şeyin içində bir gözəllik var məncə.
İradə Nurəddinqızı – Hətta qaşınan yollarda da?
Tünzalə Əliyeva – Yox, o mənada deyil başqa mənada dedim. Güman edirəm ki bununda axırı yaxşı olacaq.Rəssam baxsa, bəlkə də orada gözəllik görər. Əslində inam da əsasdır. Məsələn, mən necə ümid edim ki, ABŞ-da 100-cü mərtəbədə yaşayacam, yaxud, Koliforniya mənim ayağımın altında olacaq?
İradə Nurəddinqızı – Bəs nə vaxtsa ümid etmisən ki, Azərbaycanda məşhur aktrisalardan biri olacaqsan?
Tünzalə Əliyeva - Hardasa tanınmağıma inanırdım. Onu görürdüm.İndi isə elə şeylər var ki, arzulamağa dəyər, amma alınmır.
İradə Nurəddinqızı - Məsələn, hansı arzun var ki?
Tünzalə Əliyeva - Elə insanlar var ki, onlarda sakitlikdi. Yəni bu, nisbidir və sonradan düzələ bilər. Məndə isə tamamilə sükunətdi. Məsələn, düşünürdüm ki 33 yaşımda ərə gedəcəm. Artıq yaşım 38-dir, amma hələ də ərə getməmişəm. Yəqin 43 yaşımda olacaq (gülür). Yəni elə şeylər var ki, mən onlara ümid etmirəm.
İradə Nurəddinqızı - Ailə həyatı qurqcağına ümid etmirsən?
Tünzalə Əliyeva - İndi heç istəmirəm də.
İradə Nurəddinqız - Tanınmışlardan biri müsahibəsində demişdi ki, ailə qurmaq onun proyektidir, bəlkə bu “proyekt” haqda özün fikirləşməmisən.
Tünzalə Əliyeva - Baxır, kim hansı tərəfdən yanaşır, mən proyekt kimi baxmıram. Ailə necə proyek ola bilər? Yəni bu gun var sabah yoxdur, elə?.. Hərdən psixoloqa ehtiyacım olur, düşünürəm ki, onların yanına getməliyəm.
İradə Nurəddinqızı - Niyə getmirsən?
Tünzalə Əliyeva - Vaxt yoxdur. Pisxoloq yanına getməyə pis baxmıram. Sadəcə işlərlə bağlı gedə bilmirəm. Əksinə böyük ruh alaram, cavab tapa bilmədiyim suallara cavab taparacm. Mən keçən il avqust ayında,15-20 gün müalicə götürdüm. Ancaq yenə də ehtiyacım var.
Azər Nəsibov - Psixoloqa müraciıt etmək istəyin hansı zərurətdən doğur?
Tünzalə Əliyeva - Bilmirəm, başqaları pisxoloqa necə baxır, mən elə düşünürəm ki, sanki nələrisə görmürəm, tapa bilmirəm və o, mənə kömək edə bilər.
Elnur Rüstəmov - Bu məsələ çox maraqlıdı. Siz cəmiyyətdə üzdə olansınız və insanlarla çalışrsınız. Göz ancaq kənarı görür. Səhər durub güzgüyə baxmamış çıxırsınız?
Tünzalə Əliyeva - Baxın, mən sizə bir söz deyim. Hər bir insanın həqiqətdə bir pisxoloqa ehtiyacı var. Ehtiyacı olmasa belə, pisxoloqa getməlidi. Elə şeylər var ki, mütləq pisxoloq kömək edə bilər. Mən niyə deyirəm insanlar düz başa düşməzlər? Mən xəstəxanada yatanda bir neçə nəfər mənə zəng etmişdi, onda mən yaxşı danışa bilmirdim. Sual verirdilər ki, hardasan? Mənimlə danışanlar elə bilirdi ki mən yemək yeyirəm. Onlar bilmirdi ki, dilim bayıra çıxırdı... Mən xəstəxanadan yarımçıq çıxdım. Eşitdim ki, televeziyalarda mənim xəstə olduğumu bilirlər. İstəmədim onlar məni yazıq kimi qələmə versinlər. Hər halda, tamaşaçılara olduğu kimi çatdırmayacaqdılar. Bir qəzet xəstələnməyimi mənim arıqlqmqğımla əlaqələndirmişdi.
Elnur Rüstəmov - 4 -5 il universitet oxuyuruq 11 il orta məktəbə gedirik. Unversetə getməsəydiniz, aktirisa ola bilərdiniz? Hər kəsin bir görəvi var. Bir müəllimə sənə riyyaziyatı, digəri fizkanı, biyalogiyanı yaxşı öyrədə bilər. Pisxoloq görəvi də səni özünə tanıtdırır. Tanıtma prosesi necə gedəcək, bax, burda peşəkarlıq lazımdı. Bir də görürsünüz ki, heç bir şey olmadığı halda əsəbisiniz. İnsan özünü tanıdıqca her şey qaydasına düşür. Pisxoloqlar hər kəsə vaxt ayırır.
Tünzalə Əliyeva - Mən özümdən başqa hamıya vaxt ayırıram. İndi də başa düşmüşəm ki, mən çox bədbəxt insanam. Gücüm çatacaq qədər çalışıram insanlara kömək edim, xoşbəxt edim və edirəm də. İndi fikirləşirəm ki, mən neyləmişəm? Heç özümü düşünməmişəm. Kaş ki, 15 il bundan qabaq xəstəxanada yatardım. Onda başqa cür olardım, ancaq bu ağıl, əziyyət çəkmək, hər şeyin dalınca qaçmaq da məndə olardı.
Elnur Rüstəmov - Necə oldu ki, hər şeyin arxasınca siz qaçdiniz?
Tünzalə Əliyeva - Mən qaçmadım...
Elnur Rüstəmov - 100-200 nəfər var idi. Onlardan sizi sevməyənlər qabağa getdi, yoxsa sizə dəstək olanlar ?
Tünzalə Əliyeva - Hər halda, güman edirəm dəstək olanlar. Ancaq bu elə dəstək idi ki,
özləri məndən çox qazandılar.
İradə Nurəddinqızı - Yəni vasitəçi oldun?
Tünzalə Əliyeva - Onlar üçün də kömək oldu. Hər halda, çəkdiyim əziyət qarşısında mən onlardan az qazandım. Onlar daha çox qazandılar, qazanırlar və qazanacaqlar. Bu artıq mənim onlar üçün “görəvimdi”.
İradə Nurəddinqızı - Niyə razı oldunuz?
Tünzalə Əliyeva - Bilmirəm...
Azər Nəsibov - Belə çıxır ki, sən özünü qurban verməlisən, ya da məcbursan qurban verməyə?
Tünzalə Əliyeva - Qurban vermək deyil, bu gün sanki mən istədim–istəmədim belə olur.
İradə Nurəddinqızı - Bu anda mən istəyərdim ki, Elnur müəllim aydınlıq gətirsin. Psixoloji baxımdan nə baş verir?
Elnur Rüstəmov - Qonağımızın daha cox özünü təsdiq etməyə ehtiyacı var.O, demək istəyir ki, mən xala, bibi olaraq varam.
Tünzalə Əliyeva - Mən istəmirəm, onlar bunu mənim boynuma qoyurlar.
İradə Nurəddinqızı - Kim?
Tünzalə Əliyeva – Ətrafimdakılar. Onlar hər şeyi məndən tələb edirlər. Çünki artıq buna öyrəşiblər.
Elnur Rüstəmov - Məndən bir şey istəyirlər, deyirəm yoxdu.
Tünzalə Əliyteva - Mən “yoxdur” deyə bilmirəm axı.
Elnur Rüstəmov - Kqorxursuz ki, inciyərlər, Küsüb gedib 2 aydan sonra yenə qayıdacaqlar.
Tünzalə Əliyeva - Bir şey var ki, mənim kimi insanların həyatı sizə məlumdu. Elə hadisələr var ki, biz istəmədən olur. Çox istəyərdimki, sakit bir həyatım olsun, məndən heç kim heç nə ummasın. Kicik bir otaq və mən. Heç tanınmayım da. Mənim tanınmağım mənə mane oldu, nəinki, rahatlıq gətirdi. Həyata keçirdiklərimi ancaq nəyinsə təzyiqi ilə edirəm. Məsələn, hərdən istəyirəm saçımı daramayım. Bu halda məni küçədə görənlər salam verir və qəribə baxır. Bəziləri deyir saçını niyə daramamısan, rəngləmirsən? Ayıbdı, saçına rəng qoy. Mən isə istəyirəm bilinsin ki, 38 yaşım var, saçım ağarıb.
“Məclislərdə aş verməkdən bezmişəm”
Azər Nəsibov - Mənə elə gəlir ki, sən yalnış olaraq sənət adamı olmusan. Çünki bir çox hallarda sənət adamı özünü qurban verməlidi. Axı adi insanlar sənət adamını həmişə formada görməyə alışıblar. Üstəlik Azərbaycanda...
Tünzalə Əliyeva - Bu yaxınlarda məni seriala dəvət etdilər. Rejissor mənə dedi ki, tanınmış insanlar süpürgəçi rolunu belə oynasalar, tamaşaçı onları gözəl görməlidi. Tamaşaçı baxdığı aktyordan, aktirisadan zövq almalıdı.Bizdə deyəsən televeziyanın verdiyi qanunlar budur.
Azər Nəsibov - Məncə bu sovetlər dövründən qalma bəsit fikirdir. Xarici filimlərə baxırıqda görürsən ki, süpürkəçi elə süpürgəçi kimi də görünür. Məsələn, sənin yaratdığın Toppuş obrazı fərqlidir, hiss olunur ki, parodiyadır.
Tünzalə Əliyeva - Mənə o obrazı verəndə dedilər ki, sənin gözün, qaşın, duruşun, oturuşun, saçların, danışığın və s. hərəsi bir müğənnini, bir aktiyoru özündə əks etdirəcək.
Azər Nəsibov - İşindən də bezmisən?
Tünzalə Əliyeva - Bezmək yox, mən başqa cür yaşamaq istəyirəm.
Elnur Rüstəmov - Əslində deməzdim ki, Tünzalə xanım belə yaşamaq istəyir. Onun daxilindəki müdafiə mexanizmi tamam ayrı bir hissdir. Cəmiyyətdə bir Toppuş bacı obrazı,ona olan hörmət, sevgi sayqı var. Əgər bunlar varsa, niyə cəmiyyətdə əks tərəfini yaşamayasınız? Bizim elə aktrisa və aktiyorlarımız var ki, tanınmırlar.
Tünzalə Əliyeva - Başqalarını deyə bilmərəm, mənim yüküm çox ağırdı... Məsələn, məclislərdə aş verməkdən bezmişəm. Amma bunu etməsəm ailəmi saxlaya bilmirəm. Bu gün ailəmi saxlamaq üçün isə mən seçilmişəm.İstəsəm belə uzaqlaşa bilmərəm. Son 1 il yarımda başıma elə hadisələr gəldi ki, onu danışmaq utanc vericidir. Hələ sizə milyonundan birinin yarısını çatdırmağa çalışıram. Təklikdə Elnur müəllimlə söhbət etsəm o, mənə haqq qazandırar. Elə aktrisa var ki, həqiqətdə gözəl aktirisadı. Gözəl olan hər şeyi var. Mən düşünürəm ki, onun özü üçün qurduğunun 100 qat artığını qura bilərəm. Çünki qazancım buna imkan verir. Ancaq mən bunu eləmədim. Elə işlər oldu ki, onların dalınca düşmədim. 1 il bundan əvvəl mən özümə ev də ala bilərdim. İnanın ki, səhər saat 11-dən axşam 11-ə qədər iş başındayam. Ancaq bu gün bir şeyi anlamışam-çəkdiyim zəhmətim hədər gedir.
Azər Nəsibov - Nə baxımdan?
Tünzalə Əliyeva - Hərtərəfli... Hamı kimi mən də dənizə getmək, istirahət etmək istəyirəm. Amma gedə bilmirəm, çünki rahat ola bilmirəm. Hamı mənə baxır, şəklimi çəkir.
Azər Nəsibov - Burda qəribə heç nə yoxdur. Tanınmış adamsan, istər istəməz, diqqət
çəkirsən.
Tünzalə Əliyeva - Axı rahat olmaq, dənizdə çimmək istəyirəm, amma camaat imkan vermir. İstəmirəm selulitlərimi çəksinlər (gülür).
Azər Nəsibov - Əvvəllər populiyar olmaq istəyirdin?
Tünzalə Əliyeva - İstəyirdim. Amma bilsəydim məni dənizdə rahat çimməyə qoymayacaqlar, heç istəməzdim...
Elnur Rüstəmov - Tanınmagın o biri tərəfinin məsuliyyətini düşünmürdünüz?
Tünzalə Əliyeva - Yox, mən elə bilirdim hər şey ancaq efirdəki kimi gözəl olur. Düşünmürdüm ki, hamı şəkil çəkdirmək üçün mənə yaxınlaşacaq.
Azər Nəsibov - Rahat yaşamağın üçün bu sənətdən gedə bilərsən?
Tünzalə Əliyeva - Arxalana biləcəyim bir insanla ailə həyatı qursam, gedərəm.
Azər Nəsibov - Kasıb oğlan olsa ailə qurmazsan?
Tünzalə Əliyeva - Quraram, təki mən ondan nəsə öyrənim. Məni kasıb oğlan sevib. Ailə qurmağımız üçün onun kasıblığı yox, düşüncəsi mane olub.
İradə Nurəddinqızı - Mən deyərdim ki,Tünzalə hərtərəfli kompleks məngənəsindədi.
Tünzalə Əliyeva - Əslində, məndə bütün qadınların arzuladıqları azadlıq var. Ancaq mən bu azadlıqdan istifadədə edə bilmirəm. Ətrafımda olanlar deyirlər ki, kaşki səndə olan azadlıq məndə olaydı. Çünki kənardan çox xoşbəxt görünürəm. Əslində isə mən çox kiçik yerdəyəm. Onlar isə elə bilirlər ki, çox böyük yerdəyəm. Amma elə deyil. Nə olsun ki, məndən soruşan yoxdu, hara getdin-hardan gəldin. Bu gün mənim gedəcəyim yer yoxdu...
Elnur Rüstəmov: “Tünzalə xanımda əsəb qırılmaları müşahidə olunur”
Elnur Rüstəmov - Sizin gedəcək yerə yox,ünsüyyətə ehtiyyacınız var.
Tünzalə Əliyeva - Mən fəhlə ailəsində böyümüşəm. Atam fəhlə, anam tibb bacısı işləyib. Bizi hər şeylə təmin ediblər, yaxşı yaşadıblar. Normal ailəmiz olub. sovet dovründən müstəqilliyə keçəndə böhran bizim ailəyə də təsir etdi. Zavod bağlandı, atam işdən çıxdı. Mən inistituta girdim. 1-ci kursda oxuyanda xəstıxanaya düşdüm. Atam yanıma gəlmişdi. Mənə dedi ki, çalışacam sənə yaxşı baxım. Ancaq səni yaxşı geyindirə bilməyəcəm. Düz 2 il hər gün bir yubkada dərsə getdim. Atam 40 gün işləyib mənə plaş almışdı... Mən naşükür deyiləm. O vaxt çox xoşbəxt idim, özüm işləyib pul qazanırdım. Rəfiqəmlə un sexinə gedib un torbaları götürürdük, gətirib evdə yuyurduq. Birini 20 qəpikdən satırdıq. Qazandığım pulları banka qoymuşdum. Bank iflasa uğradı, pullarım batdı. 800 manat 8 qəpik oldu. Əsəbdən 1 ay xəstəxanada yatdım. Mən heç vaxt keçmişimi unutmuram.
Elnur Rüstəmov - İnsan istəmədiyi bir şeylə yaşayırsa, deməli onun pisxalogiyası normal deyil.
Tünzalə Əliyeva - İstəmədən insanların xətrinə dəyməsin deyə onların istəklərini həyata keçirməyə çalışıram. Halbuki mən belə istəmirəm.
İradə Nurəddinqızı - Siz özünüzü müdafiə etmək haqqında düşünmüsünüz? Məsələn,
fiziki baxımdan.
Tünzalə Əliyeva - Mən saglamlığımı heç düşünmürəm.
İradə Nurəddinqızı – Elnur müəllim Tünzalənin bədən dili nə deyir?
Elnur Rüstəmov - Özünü təsdiq etmə hissi var. Üstəlik də özünə güvənir, bilir ki, nə qədər iş tapşırsalar, onun öhdəsindən gələcək. Ancaq özünü cəmiyyətə qarşı təsdiq etmə hissi daha çoxdu. Tünzalə xanımda əsəb qırılmaları da müşahidə olunur. Bu proses tez-tez olmasa da 2 ildən bir ola bilər. O, həmkarları kimi deyil, göründüyü kimidir. Daha çox görünən tərəfləri deyən-gülən güldürən, görünməyən tərəfləri isə aqresivliyi, qırıqlığı, küskünlüyüdür.
Hazırladı: Sevinc Vəliyeva