Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

HACIBALA ABUTALIBOV MƏHKƏMƏYƏ VERİLİR

Zabitlər merdən soruşur: "Niyə məktubumuza cavab vermirsən?"

“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi Hacıbala Abutalıbovu məhkəməyə verir.

“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli bildirib ki, icra hakimiyyətinin onların məktubuna reaksiya verməməsinə cavab olaraq, adıçəkilən qurumu məhkəməyə verəcəklər.

Təxminən 1 ay əvvəl, yəni avqustun 10-da “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi sosial yönümlü şüarlarla piket keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlamışdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti nəinki piketin keçirilməsinə icazı verməyib, heç məktubu cavablandırmayıb.

Qeyd edək ki, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi 1991-1994-cü illər ərzində aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş, sonradan qanunvericiliklə nəzərdə tutulmuş qaydada ölmüş elan edilmiş və “şəhid” statusu verilmiş bəzi hərbi qulluqçuların ailə üzvlərinə dövlət icbari şəxsi sığorta pulunun ödənilməsi bu günədək təmin edilməməsi səbəbindən Maliyyə Nazirliyi qarşısında piket keçirməyə qərar vermişdilər.

Həmin məktubu sizə təqdim edirik:

Bakı şəhər İcra Hakimiyyətinin
Başçısı cənab H. Abutalıbova

Hörmətli Hacıbala müəllim!

Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1991-1994-cü illər ərzində aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş, sonradan qanunvericiliklə nəzərdə tutulmuş qaydada ölmüş elan edilmiş və “şəhid” statusu verilmiş bəzi hərbi qulluqçuların ailə üzvlərinə dövlət icbari şəxsi sığorta pulunun ödənilməsi bu günədək təmin edilməmışdir. Təşkilatımız tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu məsələ ilə əlaqədar bütün dövlət qurumları, o cümlədən Milli Məclisin və Nazirlər Kabinetinin mütəxəssisləri, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ombudsman müsbət rəy versələr də, Maliyyə Nazirliyi müxtəlif bəhanələrlə artıq 2 (iki) ilə yaxındır ki, süründürməçiliyə yol verir. Bu da Vətən uğrunda canlarının qurban vermış hərbi qulluqçuların ailə üzvlərinin haqlı narazılığına səbəb olur. Maliyyə Nazirliyinə dəfələrlə etdiyimiz müraciətlər də heç bir müsbət nəticə vermir.
“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi Maliyyə Nazirliyinin bu qanunsuz hərəkətlərinə etiraz bildirmək, nazirliyin bu qanunsuz hərəkətlərinə geniş ictimaiyyətin və ölkə rəhbərliyinin diqqətini cəlb etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının qanunu”na əsasən 09 sentyabr 2011-ci il tarixdə saat 16.00-dan 18.00-dək Maliyyə Nazirliyinin qarşısında “İtkin düşən hərbçilərin ailələrinin pozulmuş hüquqları bərpa olunsun!”, “Sığorta pulları ödənilsin!”, “Konstitusiyanın tələbləri yerinə yetirilsin!”, “Özbaşınalığa son qoyulsun!”, “Korrupsiyaya son!” və sair bu kimi sosial yönümlü şüarlarla piket keçirməyi planlaşdırır.
Piketdə 30 nəfərin iştirakı gözlənilir. “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının qanunu”na əsasən məktubumuzu müzakirə edərək, kütləvi aksiyanın keçirilməzinə azı 3 iş günü qalanadək təşkilatçılara məlumat verməyinizi xahiş edirik”.






7 Sentyabr, 2011  19:01 Baxılıb: 1363 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16