“Bütün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasını dəstəkləyir”
Xalq artisti, ötən həftə «Şöhrət» ordeni almış Yaşar Nuri YAP-a üzv olmaq istəyir.
Simsar.az-ın məlumatına görə, «Yeni Azərbaycan» qəzetinə müsahibəsində aktyor deyib: «Mənim övladlarım artıq YAP-a üzv olublar. Özüm hələ üzv olmamışam. Amma bu yaxınlarda mən də hakim partiyaya üzv olacağam. Bütün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır».