Xəsarət alanlar var
Bu gün Bakıda fəaliyyət göstərən “Baku Steel Company” poladəritmə zavodunda partlayış hadisəsi baş verib.
Nərimanov rayon Polis İdarəsaindən Simsar.az-a verilən məlumata görə, partlayış nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar əvvəlcə zavodun tibb məntəqəsinə yerləşdirilib. Daha sonra isə vəziyyəti daha ağır olan iki nəfər 5 saylı Şəhər Xəstəxnasına yerləşdirilib. Xəstəxananım yanıq mərkəzindən APA-ya verilən məlumata görə, zavodda baş verən partlayış nəticəsində xəsarət alanlar – 43 yaşlı Qiyaməddin Ağalarov və 51 yaşlı Lətif Abbasovun vəziyyəti ağırdır.