Artıq səfir geri çağrılır
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, İsrail Türkiyədən üzr istəməyincə, Tel-Əvivlə Ankara arasında münasibətlər bərpa olunmayacaq. Trend-in məlumatına görə, bu barədə CNN Türk xəbər verib.
"İsrailə verilmiş müddət ərzində Tel-Əviv Türkiyəyə ümid bəsləməsin", - Davudoğlu deyib.
Davudoğlu daha sonra bildirib ki, Türkiyə İsraildəki səfirliyini geri çağırır.