Davudoğlu: “Birləşmiş Millətlər Təşkilatı hesabatını açıqladığı gün bizim üçün son tarixdir”
BMT-nin Palmer Komissiyasının Mavi Mərmərə olayı ilə bağlı hesabatının açıqlanması ərəfəsində İsrail üzr istəməsə, Türkiyə “B” planını işə salacaq.
Simsar.az saytının yazete.com-a istinadən verdiyi xəbərə görə,
Türkiyə Mavi Marmara əməliyyatına görə üzr gözlədiyi İsrailə qarşı səbrinin daşdığını bəyan edib. 9 adamın öldüyü Mavi Mərmərə əməliyyatını araşdıran BMT-nin Palmer Komissiyasının hesabatı sentyabrın ilk yarısında açıqlanacaq.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrailin BMT-nin hesabatı üçün istədiyi altı aylıq vaxtın təxirə salmaqlarının qəbul edilməz olduğunu ifadə edib: “Bu vaxta qədər bütün uzatma tələbləri İsraildən gəlib, biz isə səbirlə İsrailin qərar verməsini gözlədik. Görünür ki, İsrail qərar verməkdə çətinlik çəkir. Türkiyə də bu mövzudakı rəftarını təyin edib. Biz bunu qəbul etməyəcəyimizi bildirdik. Birləşmiş Millətlər Təşkilatı hesabatını açıqladığı gün bizim üçün son tarixdir. Bu hesabat Türkiyənin də, İsrailin də təsdiqlədiyi bir hesabat olmayacaq. İsrail üzr istəməsə və təzminat ödəməsə hesabatın bir əhəmiyyəti qalmayacaq”.
Aynurə