Türkiyənin baş nazirinin bu cavabı adekvatdır
Sarkozi, Muammer Qəddafi hakimiyyətinin devrilməsi ardından əməliyyata dəstək verən ölkələrin liderlərini 1 Sentyabrda Parisə dəvət edib. Liviya əməliyyatına start verildiyi mart yığıncağına Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı dəvət göndərməyən Fransanın prezidenti Sarkozi, 1 sentyabrdakı toplantıya Türkiyəni çağırıb. Bu dəfə isə Sarkozinin dəvətini Ərdoğan rədd edib.
Simsar.az saytının ensonhaber.com-a istinadən verdiyi məlumata görə, Ərdoğan Ramazan Bayramını səbəb gətirərək, Fransaya gedə bilməyəcəyini deyib.
Sarkozinin təşkil etdiyi toplantıya bir çox liderlərin qatılmayacağı da deyilir.
Aynurə