22 PKK-girov götürüldü
Türkiyənin Hakkari vilayətinin Çukurca qəsəbəsində 9 hərbçinin şəhid olduğu terror aktını törətməkdə günahkar bilinən 22 PKK terrorçusu yaxalanıb.
Simsar.az-ın Cihan Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular gizləndikləri kənddə tutulan zaman silahlı olublar.
Hakkari valisi Muammər Türkər isə bildirib ki, yaxalananlar Çukurcadakı terror aktının həyata keçirilməsinə yardım etməkdə şübhəli bilinən PKK tərəfdarlarıdır.
Qeyd edək ki, Çukurcadakı terror hadisəsində 8 əsgər, 1 kənd qoruyucusu şəhid olub.