Misir Mərdanov: "Dövlət başçısının imzalayacağı sənəd ölkədə təhsilin inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacaq"
“Yaxın zamanlarda Azərbaycan prezidenti tərəfindən yeni Təhsil Strategiyası ilə bağlı sənəd imzalanacaq”. Bunu təhsil naziri Misir Mərdanov “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu”nun (ASAİF) 9-cu ənənəvi “Bakı Gənclər Şəhəri” yay forumunda bildirib.
Simsar.az-ın məlumatına görə, M.Mərdanov bildirib ki, dövlət başçısının imzalayacağı sənəd ölkədə təhsilin inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacaq: “Artıq yeni Təhsil Strategiyası ilə bağlı sənədlər hazırlanıb və təqdim olunub”.
Nazir vurğulayıb ki, son iki ayda prezident dəfələrlə tikilən və təmir olunan məktəblərə şəxsən baxış keçirib. Bu, onun təhsilə qayğısını göstərir.