Qaçırılan qız evləri ilə əlaqə saxlayb
Polis Şöbəsindən Simsar.az-a verilən məlumata görə, L.Nağıyeva 1996-cı ildə anadan olmuş qızı Adıgözəlova Əfsanə Vasif qızının Ağdamda yerləşən “N” saylı hərbi hissənin zabiti tərəfindən qaçırıldığını bildirib.
Ərizə daxil olandan sonra Ə.Adıgözəlova anası ilə əlaqə saxlayıb və Ağdamda Rövşən adlı bir hərbiçinin yanında olduğunu deyib. Həmçinin o da bəlli olub ki, qız qaçıran hərbiçi zabit yox, müddətdən artıq hərbi qulluqçu-çavuşdur.
Faktla əlaqədar araşdırma aparılır.