Türkiyədə yaşanan bu olay gündəmi dəyişdi
Türkiyənin Mersin şəhərinin Köselerli kəndində 39 yaşlı ata nadinc oğlunu cəzalandırmaq üçün sərt üsula əl atıb. O, oğlunu tərbiyyələndirmək üçün ağaca bağlayıb və boğazından 12 kiloqramlıq daş asıb.
Olay barədə xəbər tutan polis dərhal kəndə gəlib və 6-cı sinif şagirdini çılpak halda əlləri ağaca bağlı, boynundan zəncirlə bərkidilmiş 12 kiloluq betonun asıldığının şahidi olublar.
Uşağına işgəncə verən ata cinayət məsuliyyətinə cəlb olunub.
Mut Dövlət Xəstəxanasına çatdırılan övladın ağır psixoloji sarsıntı keçirdiyi müəyyən edilib. Valideyn işgəncəsinə məruz qalan övlad Mersin Sosial Xidmətlər şöbəsində təslim ediləcək.
Atanın işinə isə yerli məhkəmədə baxılacaq.
RAMİL